Cənubi Qafqaz
Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb?
Ermənistan baş nazirinin Su-30-la bağlı “təyyarələri siz alardınız (keçmiş hökumət), raketlər bizə qalardı” bəyanatı uşaqlıqdır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının sabiq rəisi Movses Akopyan deyib.
“Bu o deməkdir ki, ailənin hansısa üzvü uşaq üçün velosiped, digəri isə detallarını almalıdır”, – deyə o bildib.
Akopyana görə, Su-30 təyyarələri üç funksiyanı icra etməliydi, lakin Ermənistanda olan Su-30-larda bir funksiya çalışmayıb. O, məhz bunun üçün Su-30-ların havaya qalxmadığını bildirib:
“Ümumiyyətlə, biz gərək aviasiyamızın istifadəsinə diqqət yetirək. Ordumuzun aviasiyasına kifayət qədər böyük məbləğ xərclənib. Təkcə bu təyyarələrin yanacağına bütün ordu üçün nəzərdə tutulandan daha çox pul gedib. Bizim aviasiya personalımızın əmək haqqı bütün 3-cü ordu korpusunun maaşından çoxdur. Bu pullar ordunun büdcəsindən kəsilərək aviasiyaya xərclənib. Bəs niyə o tətbiq edilməyib? Bizim personalımız haradadır? Təyyarələrimiz məhv edilib”.
Bununla bərabər o, “İsgəndər”lərin Azərbaycana qarşı istifadə edildiyini deyib:
“İsgəndər”in tətbiqi faktdır. “İsgəndər” partlamaya bilməzdi”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)



















.jpg)

.jpg)
