Cənubi Qafqaz
Erməni patriarx dünyaya səsləndi - Siyasi alətə çevirməyin!
“Xalqımızın kədərini və əcdadımızın müqəddəs xatirəsininin bəzi ölkələr tərəfindən gündəlik siyasi məqsədlərə alət edildiyini görmək bizi məyus edir”.
Publika.az xəbər verir ki, bunu Türkiyə ermənilərinin 85-ci patriarxı Sahak Maşalyan “Anadolu” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, on illərdir bu mövzunun parlamentlərin gündəliyinə çıxarılmasının yaratdığı gərginliklər iki xalqın yaxınlaşmasına xidmət etmir:
“Əksinə, düşməncəsinə duyğuları təhrik edərək, barışmanın gecikməsinə yol açır. Əvvəlcə dostluq və səmimiyyət körpüləri qurulmalıdır. Ancaq belə bir mühitdə tarixi hadisələrin dəyərləndirilməsi konstruktiv və qənaətbəxş olacaq. Üçüncü tərəf olan ölkələrin bu istiqamətdə təşviqedici addımlar atması arzuolunandır”.
Maşalyan 1915-ci il hadisələri ilə bağlı da açıqlama verib:
“Biz də sələflərimiz kimi, türklər və ermənilər arasında sülh, dostluq və rifah diləklərimizi ifadə etməyə davam edəcəyik. Üstündən 106 il keçmiç hadisələri 1000 illik ortaq tarixin acı istisnası kimi görüb, əlaqələrin birgə qonşuluq və mənfəət üzərində yenidən qurulmasını təşviq edəcəyik”.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)



















.jpg)

.jpg)