Cənubi Qafqaz
Azərbaycanın Zəngəzuru almaq üçün İMKANLARI VAR - Köçəryan DETALLARI AÇDI
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hesab edir ki, Azərbaycanın Zəngəzurdan (Sünik) Naxçıvana dəhliz açmaq üçün nəzəri imkanları var, amma Rusiyanın Ermənistandakı hərbi iştirakı bunun qarşısını alır.
RBK agentliyinə müsahibəsində Köçəryan bildirib ki, onun KTMT-dən xüsusi gözləntiləri yoxdur. Amma Ermənistan-Rusiya ikitərəfli hərbi müttəfiqlik müqavilələləri əsas çəkindirici amildir.
“KTMT-dən hansısa xüsusi gözləntilərim yoxdur. Mən bu haqda publik olaraq danışıram. Ermənistan hakimiyyəti hansısa mənada əlindən gələni edib ki, bizim KTMT ilə münasibətlərimizi korlasın. Yuri Xaçaturovun (KTMT-nin keçmiş baş katibi) işi məlumdur...Üstəlik ikitərəfli planda Azərbaycanın KTMT ölkələri ilə daha isti münasibətləri var. Rusiya əlbətdə, ayrı məsələdir. Lakin orada qərarlar kollektiv qəbul olunur”, - Köçəryan bildirib.

Keçmiş erməni prezidentinin dediyinə görə, Paşinyanın onun guya 1999-cu ildə Mehrini Azərbaycana verməyə razılaşdığı haqda dedikləri boş şeydir, sabun köpüyündən yapışmaq cəhdidir. “Bu adam verilməsi mümkün olan nə varsa, verib. Və əgər nəsə qalıbsa, ancaq Rusiyanın səyləri sayəsində qalıb”, - Köçəryan deyib.
O, qeyd edib ki, müharibədən sonra Ermənistanda Rusiyaya münasibətin necə dəyişdiyini qarşıdakı seçkilər göstərəcək.
“Mənim qənaətim belədir: cəmiyyətimizin böyük əksəriyyəti Rusiyaya regionda təhlükəsizliyin əsas qarantı kimi baxır. Regionda Türkiyə amili artıb, amma Rusiya Türkiyənin təsirini məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır”, - Köçəryan bildirib. (virtualaz.org)
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...






.jpg)



.jpg)












.jpg)
.jpg)





.webp)







