Cənubi Qafqaz
Paşinyan: "Bu, Ermənistan tarixində bəlkə də ən gözlənilməz seçkilər idi”
Ermənistandakı parlament seçkilərinin nəticəsi gözlənilməz olsa da, hakimiyyət göstərdi ki, seçicilərin iradəsinin necə olmasına baxmayaraq, ciddi şəkildə yerinə yetirilməlidir.
Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
O, 2018-ci ildə də seçkilərin qanuniliyi ilə bağlı qiymətləndirmələrin yüksək olduğunu xatırladıb.
"Həmin vaxt nəticələr aydın olduğu üçün hakimiyyətin seçkiləri saxtalaşdırmağa ehtiyacı olmadığı deyilirdi. Ancaq 2021-ci ildə tamamilə fərqli idi. Bəlkə də bu, respublika tarixində ən gözlənilməz seçkilər idi. Ancaq bu şərtlərdə də dəyərlər sistemimizə sadiq qaldıq. Seçki iradəsini sərbəst ifadə etmək bizim üçün mübahisəsiz bir dəyərdir", - Paşinyan bildirib.
Paşinyan yerli və beynəlxalq müşahidəçilərin seçkilərin demokratik meyarlara uyğun keçirildiyi barədə açıqlama verdiklərini də xatırladıb: "İnanmaq istərdim ki, bununla da Ermənistanda seçki saxtakarlığının səhifəsi bağlandı. Burada həlledici söz seçicilərindir, indi hakimiyyətin taleyin məhz onlar həll edirlər", - Paşinyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən seçkilər keçirilib. Paşinyanın "Vətəndaş razılaşması" partiyası 53,92% səs alaraq qalib gəlib. Hakimiyyətin əsas rəqibi - keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 21,04% qazanıb. (virtualaz.org)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
