Cənubi Qafqaz
Gürcüstanda iki dəfə zəlzələ oldu
Gürcüstanda bir gün ərzində iki dəfə zələlə baş verib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Belə ki, yerli vaxtla saat 01:14 və 01:17-də Dmanisi rayonunun Sameba kəndi ərazisində zəlzələ qeydə alınıb.
Birinci qeydə alınan zəlzələnin maqnitudası 3,2, dərinliyi 9 km, ikinci zəlzələnin isə maqnitudası 3,1, dərinliyi 11 km olub.
Qeyd edək ki, avqustun 6-da da Dmanisi rayonunun Sameba kəndində iki zəlzələ qeydə alınmışdı.
Gürcüstan seysmik cəhətdən aktiv ölkədir. Gürcüstanda ən güclü zələlə 1991 -ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib, zəlzələnin maqnitudası 7,0 olub. Zəlzələ ocağında intensivlik 9 bal olub. Bu zəlzələ təxminən 200 adamın ölümünə, 46 000 evin və 1 000 sənaye obyektinin dağılmasına səbəb olub.
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?





























.jpg)







