Cənubi Qafqaz
Ermənistanda bahalaşma tüğyan edir - Ərzağın qiyməti sürətlə qalxır
Ermənistanda ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiymətləri durmadan artır. Əhalinin yaşayış səviyyəsi aşağı düşüb, işsizlik səviyyəsi və inflyasiya xeyli artıb. Beynəlxalq təşkilatlar Ermənistanda qiymət artımının tüğyan etməsindən narahatdır və vəziyyətin çox ağır olduğunu bildirirlər.
Bu barədə Ermənistan mətbuatı ölkənin Statistika Komitəsinə istinadən yazıb.
Bildirilir ki, ölkədə qiymət artımı artıq ən yüksək həddə çatıb. Qlobal inflyasiya, kənd təsərrüfatı və sənaye məhsullarının istehsal olunmaması, pandemiya və müharibə səbəbindən Ermənistan çox ağır bir dövr yaşayır.
Ermənistan statistika komitəsinin məlumatına görə, iyul ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 13,5 faiz artıb. Bu da 1990-cı ildən sonra ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylarda ikiqat artıb. Yerli məhsulların qiymətləri də istehlak səbətlərini ağırlaşdırır. Ermənistanda havaların isti keçməsi və quraqlıq da məhsul istehsalına mənfi təsir göstərib. İyul ayında çörəyin qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz, ət 9,7 faiz, yağ 15,9 faiz, qənd 39,4 faiz, yumurta 51,3 faiz, konservləşdirilmiş süd 10,4 faiz, tərəvəz isə 53 faiz bahalaşıb.
Ermənistan Mərkəzi Bankının məlumatına görə, baza iflyasiyası iyul ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artıb və 2021-ci ildə ən yüksək göstərici olub. Bank qiymət balansının 4 faizlik həddə olacağını proqnozlaşdırır.
Bank gözləniləndən daha yüksək olan bu inflyasiyanı cilovlamaq üçün səkkiz ay ərzində 5-ci dəfə baza maliyyələşdirmə faizini artırıb. Bununla belə, bank “yüksək inflyasiya mühitinin” önümüzdəki aylarda da davam edəcəyini proqnozlaşdırır.
Bildirilir ki, ümumi daxili məhsul (ÜDM) istehsalı 2020-ci ildə həm pandemiya, həm də Azərbaycan ilə müharibə səbəbindən çox böyük zərbəyə məruz qalıb. 2020-ci ildə Ermənistan iqtisadiyyatı 7,6 faiz azalıb.
Ermənistandakı ağır vəziyyət beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Beynəlxalq Valyuta Fondu cari ildə Ermənistanda ÜDM istehsalının cəmi 1 faiz olacağını proqnozlaşdırıb. İqtisadçı ekspertlərin fikrincə, bu da optimist qiymət ola bilər. Fondun hesablamalarına görə, qiymət artımı və inflyasiya cari ilin birinci yarısında pik həddə çatıb. Sonradan inflyasiya idarə olunacaq 4 faizlik səviyyəyə düşə bilər.
BMT–nin Ərzaq Proqramı və Kənd Təsərrüfatı Təşkilatı da Ermənistanda istehsalın azalacağını gözləyir. Təşkilatın proqnozuna əsasən 2021-ci ildə taxıl istehsalı orta səviyyədən də 30 faiz az, təxminən 208 min ton olacaq. Buğda istehsalının isə daha az - 120 min ton olacağı proqnozlaşdırılıb. Bildirilir ki, Ermənistan gələn il əvvəlkindən 20 faiz çox taxıl məhsulları idxal etməli olacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
