Cənubi Qafqaz
SON DƏQİQƏ: Tonoyanın həbsi üçün vəsatət verildi
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyanın həbsi üçün məhkəməyə vəsatət verilib.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu məsələ ilə bağlı məhkəmə iclası 30 sentyabr saat 13: 00-dək təxirə salınıb.
Qəzet daha əvvəl Tonoyan və Qalstyanın Ermənistan Silahlı Qüvvələrinə istifadə müddəti başa çatmış hava raketləri tədarükü ilə bağlı iş çərçivəsində saxlanıldığını bildirmişdi.
Həmçinin, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinin rəhbəri Samvel Asatryan Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət edildiyi barədə məlumatı nəşrə təsdiqləyib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Respublika Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq etmək ittihamı ilə həbsi barədə məlumat vermişdi.
Nazirlikdən verilən məlumata görə, sözügedən məmur çox sayda istifadə müddəti başa çatmış raketlərin alınması üçün ərizə təqdim edib; təchizatçı şirkətlə 2.277.323.840 dram (4.655.200 dollar) məbləğində raketlərin alınması barədə müqavilə bağlanılıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, təhvil verildikdən bir müddət sonra raketlərin bir hissəsi balansdan çıxarılıb. Qalanları isə 44 günlük müharibə zamanı da daxil olmaqla istifadə edilməyib.
Hüseyn
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
