Cənubi Qafqaz
Gürcüstanın 5 iri şəhərində seçkilərin ikinci turu gözlənilir
Tiflis, Rustavi, Kutaisi, Poti və Batumidə bələdiyyə seçkilərinin ikinci turunun keçirilməsi gözlənilir.
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına qeyd olunub.
Məlumata əsasən, 5 böyük şəhərdən 3-də - Rustavi, Kutaisi və Batumidə müxalif "Vahid Milli Hərakat"ın namizədləri öndədir.
Belə ki, Tbilisidəki 769 seçki məntəqəsindən 320-nin məlumatları indiyədək sayılıb və nəticələrə görə, "Gürcü Arzusu"nun namizədi Kaxa Kaladze 45,5%, "Vahid Milli Hərəkat"ın namizədi Nika Melia 34,13%, "Gürcüstan Naminə" partiyasının namizədi Giorgi Qaxaria isə 8,97% səs toplayıb.
Rustavidəki 88 seçki məntəqəsindən 42-nin açıqlandığı səs faizlərinə görə, "Vahid Milli Hərəkat"ın namizədi Davit Kirkitadze 44.53%, "Gürcü Arzusu" namizədi Nino Latsabidze isə 44,34% səs toplayıb.
Kutaisidə 124 seçki məntəqəsindən 51-nin açıqlandığı səs faizlərinə görə, "Vahid Milli Hərəkat"ın namizədi Xatia Dekanoidze 43.75%, "Gürcü Arzusu" namizədi İoseb Xaxaleişvili isə 41,86% səs toplayıb.
Potidəki 33 seçki məntəqəsindən hazırda sayılan 18-nin məlumatlarına əsasən, "Gürcü Arzusu" namizədi Beka Vaçaradze 47.73%, "Vahid Milli Hərəkat"ın namizədi Gigi Ugulava isə 37.44% səs toplayıb.
Batumidə 105 məntəqədən hazırda sayılan 34 məntəqənin nəticələrinə görə, "Vahid Milli Hərəkat"ın namizədi Giorgi Kirtadze 42,35%, "Gürcü Arzusu"nun namizədi Arçil Çikovani isə 41,49% səs toplayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
