Cənubi Qafqaz
Soydaşlarımız yaşayan kənddə kütləvi dava - FOTO
Ötən gecə Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində kütləvi dava olub.
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qarşıdurma zamanı 3 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Nazirlikdən verilən məlumata görə, patrul xidməti qarşıdurmaya girən 15 şəxsi asayişi qorumağa çağırıb, lakin tərəflər çağırışa tabe olmayıb.
Davada iştirak edənlərdən biri asayiş keşikçilərinə fiziki təzyiq göstərib.
Vəziyyəti neytrallaşdırmaq üçün polis əməkdaşları əlavə növbətçi qruplarını çağırıb.
Telavi Rayon Polis Şöbəsi vətəndaşlar arasında baş verən zorakılıq faktı ilə bağlı Cinayət Məcəlləsinin 126-cı və 353-cü (polis əməkdaşlarına hücum və tabe olmama) maddələri ilə istintaqa başlayıb.

Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
