Cənubi Qafqaz
Döyüş mövqeyindən qaçan erməni komandir əvəzi HƏBS OLUNDU
Cari il noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurma zamanı döyüş mövqeyini qoyub qaçdığına və əsgərinin əsir düşdüyünə görə batalyon komandirinin vəzifəsini icra edən hərbçi həbs edilib.
Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan Facebook-da yazıb.
Onun bildirdiyinə görə, noyabrın 22-də Ermənistan CM-nin 365-ci maddəsinin 3-cü bəndi ilə (hərbi xidmət və ya hərbi növbətçilik qaydalarının pozulması) cinayət işi açılıb. Bu cinayət işi üzrə iki nəfər - batalyon komandirinin vəzifəsini icra edən Q.Q. və xidməti müqavilə ilə qulluq edən hərbçi saxlanılıb. İstintaq komitəsi müəyyən edib ki, mayor Q.Q. 10 döyüş mövqeyinə cavabdeh imiş.
Mayor hərbi vəzifələrini yerinə yetirməyib, qarşı tərəfə müqavimət göstərməyib. Daha yeddi hərbçi ilə o, döyüş mövqeyini qoyaraq qaçıb, nəticədə 11 hərbçi əsir düşüb, iki nəfərin cəsədləri noyabrın 17-si və 19-da Ermənistana qaytarılıb, post isə Azərbaycan tərəfinin nəzarəti altına keçib.
Noyabrın 24-də Q.Q.-yə Ermənistan CM 365-ci maddəsi 3-cü bəndinə görə ittiham irəli sürülüb, noyabrın 25-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
