Cənubi Qafqaz
Qriqoryan: “Ermənistan bölmələrinin Qarabağdan çıxarılması sentyabrda başa çatacaq”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasını məntiqli adlandırıb.
Publika.az xəbər verir ki, A.Qriqoryan bu barədə “Armenpress”ə müsahibəsində bildirib.
“Atəşkəs əldə edildikdən və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması məntiqlidir”, – Armen Qriqoryan deyib.
“Atəşkəs əldə olunandan sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq”, - deyə o sözlərinə əlavə edib.
Bununla belə, A.Qriqoryan deyib: “Müdafiə ordusuna gəlincə, o, Qarabağda olub və orada qalmaqda davam edir”.
O, həmçinin bildirib ki, Ermənistandan Qarabağdakı separatçıların tör-töküntüsünün “ordusu”na müqaviləli hərbçi cəlb edilmir. “Lazım gəldikdə, Qarabağ müqaviləli hərbçilərin cəlb olunmasını yerində təşkil edir”, - Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
















.jpg)



















.jpg)
.jpg)
