Cənubi Qafqaz
Zurabişvilidən Lukaşenkonun Abxaziyaya səfərinə REAKSİYA
Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb.
Publika.az xəbər verir ki, S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
"Mən Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu Gürcüstanın İşğal Altındakı Ərazilər Qanununun, bizim ikitərəfli əlaqələrimizin prinsiplərinin və beynəlxalq hüququn qəbuledilməz pozuntusudur ", - deyə prezident qeyd edib.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya səfər edib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir




































