Cənubi Qafqaz
Qafqazda Ukrayna ssenarisi – Bu ölkəyə müdaxilə ediləcək
Gürcüstan Kremlə qarşı ritorikasını sərtləşdirib.
Publika.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Bloomberg” agentliyinə müsahibəsində Rusiya haqqında kəskin danışıb və ölkənin Avropa İttifaqına daxil olması planlarını açıqlayıb.
O, Avropanı Gürcüstanın istəklərinə diqqət yetirməyə çağırır və Avropa xətti ilə inkişafa maneələri aradan qaldıracağını vəd edir.
“Biz mükəmməl deyilik, bilirəm ki, görmədiyimiz işlər var, amma bütün bunlara baxmayaraq, biz irəli getməliyik”, - Gürcüstan prezidenti “Bloomberg”ə danışıb.
Zurabişvilinin fikrincə, “gürcü məsələləri” də danışıqlar masası üzərində olmalıdır ki, “heç kim Ukrayna böhranının “Rusiyanın bütün işğal olunmuş ərazilərdən, o cümlədən Abxaziya və Cənubi Osetiyadan geri çəkilmədən həll oluna biləcəyini düşünməsin”.
Zurabişvili Rusiyanı Abxaziya və Cənubi Osetiyadan çıxmağa çağırıb. Onun fikrincə, Qərb Rusiya qoşunlarının ölkədən kənarda olduğu hər yerdən çıxarılmasını tələb etməlidir: “Əks halda, Qərb dünyası daha bir böyük səhvə yol verəcək – 2008 və 2014-cü illərdəki kimi”.
O, Ukrayna ilə mümkün gələcək sülh sazişinə Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının daxil edilməsini təklif edib.

Zurabişvili Kremlə Rusiyanın sərhədlərini öyrənməyi tövsiyə edib:
“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir".
Gürcüstan dövlətinin başçısı qeyd edib ki, Moskva təkcə Rusiya-Ukrayna deyil, həm də Rusiya-Gürcüstan sərhədini də öyrənməlidir.
Xatırladaq ki, 2008-ci ildə beş günlük müharibədən sonra Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi ilə barışmalı olub. O vaxtdan bəri ölkədə müzakirələr səngimir. Gürcüstan prezidenti münasibətlərin normallaşmasının və birbaşa uçuşların bərpasının qəti əleyhinədir.
Ultra vətənpərvər dairələrdə bu çıxış gözlənilən həyəcana səbəb olub.
“Gürcüstan da sarsılır. Saakaşvilinin yolu ilə getməyi planlaşdırırlar? 08.08.2008 təkrarlansın?”, - rusiyalı telejurnalist Vladimir Solovyov Gürcüstan prezidentinin sözlərinə belə reaksiya verib.
Akqabay Mıradov
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































