Cənubi Qafqaz
Zurabişvili hökuməti SƏRT TƏNQİD ETDİ: "Kremlin sədaları altında..."
Mayın 11-də Gürcüstan prezidenti Salome Zurabişvili hökuməti Rusiya ilə uçuşları bərpa etmək niyyətinə görə tənqid edib.
Bu barədə Publika.az "Novosti-Georgia" ya istinadən xəbər verir .
"Biz öz vətəndaşlarımızın və ya xaricdəki keçmiş vətəndaşlarımızın qayğısına qalmalıyıq, bu, prioritetlərdən biri və hərtərəfli strategiya olmalıdır. Ancaq Kremlin sədaları altında onun seçdiyi vaxtda rəqs etməyin!", - prezident vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan hökuməti xaricdəki həmvətənlərinin taleyindən narahat olduqlarını iddia edir.
“Mənə maraqlıdır ki, mən onlara Gürcüstan vətəndaşlığının verilməsinin sadələşdirilməsi ilə bağlı ədliyyə orqanları ilə 4 il aparılan danışıqlarda niyə heç bir nəticə əldə edə bilmədim”, - prezident vurğulayıb.
Xatırladaq ki, dünən, mayın 10-da Rusiya Gürcüstanla viza rejiminə son qoymaq qərarına gəlib və Moskvanın hələ 2019-cu ildə qadağan etdiyi ölkələr arasında birbaşa uçuşların bərpasına icazə verib.
Daha sonra Gürcüstan İqtisadiyyat Nazirliyi bildirib ki, onlar yalnız Qərbin sanksiyaları altında olmayan Rusiya şirkətləri üçün uçuşları bərpa etməyə hazırdırlar.
Eyni zamanda, mayın 10-da axşam saatlarında Gürcüstanda ölkələr arasında hava hərəkətinin bərpasına qarşı etiraz aksiyaları başlayıb.
Hüseyn İbadlı
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO


























.webp)








.jpg)
.jpg)