Cənubi Qafqaz
Zurabişvili: Ölkənin ləyaqətini 200-300 milyona satdılar

Gürcüstan prezidenti hökuməti ölkəyə gələn ruslara qarşı tədbirli olmağa çağırıb.
Publika.az "MK.ru"ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 26-da Tbilisidə Müstəqillik Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı hökuməti Rusiya Federasiyasından birbaşa uçuşların bərpasına və ölkəyə gələn ruslar üçün hələ də qanuni məhdudiyyətlərin tətbiq edilməməsinə görə tənqid edib.
Gürcüstan lideri, müstəqilliyin ilk növbədə vətəndaşların müdafiəsindən başladığını və "dövlətçilik" anlayışının ölkənin qayda və qanunlarla idarə olunması anlamına gəldiyini xatırladaraq, dövləti bütün vətəndaşlara eyni cür yanaşmağa çağırıb.
Zurabişvili kütləvi şəkildə Gürcüstana gələn xarici vətəndaşlara xüsusən də səhiyyə və təhsillə bağlı hüquqi tənzimləmələrin niyə hələ də tətbiq edilmədiyini anlamadığını bildirib.
Dövlət başçısı Gürcüstanın xarici siyasətinin anlaşılmaz hala gəldiyinə, getdikcə Avropa perspektivindən təcrid olunduğuna diqqət çəkərək, ölkə rəhbərliyinin Rusiyanın qayğısına qalaraq Qərb tərəfdaşlarını tənqid etməyə çalışdığını vurğulayıb.
Zurabişvilinin sözlərinə görə, bu gün Rusiya Federasiyasına uçuşlardan milyonlar güdmək sadəcə biabırçılıqdır: "Bu, ölkənin ləyaqətinin 200-300 milyona satılması deməkdir".
Mehti Kamiloğlu

-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...
-
Nida Xəbər 18:30
Xankəndidəki ilk erməni sakinə tibbi xidmət göstərildi - VİDEO
-
Nida Təhlil 17:47
Azərbaycanlıların etnik təmizlənməsini BMT və Rusiya birgə həyata keçirib: ŞOK FAKTLAR