Cənubi Qafqaz
Ermənistan KTMT-dəki nümayəndəsini GERİ ÇAĞIRDI
Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Xaçaturyan onu Niderlandda səfir təyin edib.
"Baş nazirin təklifi əsasında, konstitusiyaya və “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın", - sərəncamda deyilir.
Prezident həmçinin Biyaqovun Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Biyaqov 2018-ci ildən Ermənistanı KTMT-də təmsil edir.
Hüseyn İbadlı
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































