Ermənistanın bu təşkilatdan çıxması intihardır: Manaseryan detalları açıqladı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın bu təşkilatdan çıxması intihardır: Manaseryan detalları açıqladı

Ermənistanın bu təşkilatdan çıxması intihardır: Manaseryan detalları açıqladı

Ermənistan-Rusiya münasibətlərindəki neqativ tendensiyalar son vaxtlar müdafiə və iqtisadi inteqrasiya üçün yeni platformaların tapılması ilə bağlı söhbətlərin artmasına səbəb olub. Artıq nəinki KTMT-dən, hətta Aİİ-dən çıxmaq, hətta Rusiya qazından imtina etmək barədə də danışılır.

Publika.az xəbər verir ki, bunu "Sputnik Armenia"ya müsahibəsində iqtisad elmləri doktoru, professor, Avrasiya Ekspert Klubunun üzvü Tatul Manaseryan deyib. O, Ermənistanın Aİİ-dən çıxmasını ölkə iqtisadiyyatı üçün intihar kimi qiymətləndirib.

Manaseryan əlavə edib ki, dövlətlərarası münasibətlərdə problemlər və səhvlər ola bilər, lakin bu o demək deyil ki, alternativsiz bütün körpüləri yandırmaq lazımdır. Onun sözlərinə görə, bu gün bunu etmək ölkəni son şansından məhrum etmək deməkdir:

“Bu vəziyyətdə müxtəlif strukturlardan, xüsusən də Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətindən danışmaq absurd düşüncənin zirvəsidir, öz xalqına qarşı düşmən münasibətidir.Vətəndaşların gələcəkdə necə yaşayacağını fikirləşmək lazımdır. Bu problemlərə çox ciddi yanaşmaq lazımdır və ilk növbədə vətəndaş cəmiyyəti bir qrup fürsətçinin onun adından belə qərarlar qəbul etməsinə imkan verməməlidir”.

İqtisadçı bildirib ki, Aİİ Ermənistana iqtisadi və gömrük imtiyazları təklif edir. İndiyədək bunu başqa hansısa bir təşkilat etməyib.

Həmçinin qeyd olunur: "Ötən gün hakim “Mülki müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Rusiya qazı kəssə belə, xalq bundan sağ çıxacaq. Bundan başqa, onun sözlərinə görə, Ermənistan yüz müxtəlif yerdən qaz alacaq".

Manaseryan buna cavab olaraq təklif edib ki, qışda həmin parlamentarinin qazını kəssinlər, görsün, dolana bilirmi.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm