Cənubi Qafqaz
Saakaşvili iqtidara qayıdır və ikinci cəbhə açılır - Sərhədlərimizdə yeni müharibə
Gürcüstanda Mixail Saakaşvilini hakimiyyətə gətirərək, Rusiyaya qarşı ikinci cəbhəni açmaq istəyi haqda iddia ciddi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu iddianı Gürcüstan parlamentinin İnsan haqları və mülki inteqrasiya komitəsinin sədri Mixeil Sarjveladze irəli sürüb.
O, Saakaşvilinin hakimiyyətə gətirilməsi ideyasının Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova məxsus olduğunu deyib.

Son dövrlər Gürcüstan hakimiyyəti Qərbin hakimiyyət dəyişikliyi planlarını mütəmadi olaraq gündəmə gətirir. Oktyabrın əvvəlində bu məsələni Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili gündəmə gətirmişdi. Papuaşvili Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məxfi araşdırmalarına əsasən bildirirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) “rəngli inqilab” planının həyata keçirilməsi prosesinə start verib.

Çevriliş planı oktyabr-dekabr aylarında icra edilməli imiş, lakin USAİD-in Gürcüstana göndərdiyi və yerli təşkilatlardan hazırladığı şəbəkə ifşa olunduğu üçün baş tutmayıb. Hərçənd, Gürcüstan hakimiyyəti planın rəfə qaldırılmadığını da deyir. Saakaşvilinin hakimiyyətə gətirilməsi haqda deyilənlər də bununla bağlıdır.
Rusiyanın MDB Ölkələri İnstitutunun direktor müavini, Milli Strategiya Şurasının üzvü Vladimir Jarxin də Gürcüstanda hakimiyyət çevrilişini istisna etmir.

Onun sözlərinə görə, bu prosesdə lokomotiv rolunu Ukrayna oynayır və rəsmi Kiyev Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır.
“Gürcüstanın hazırki rəhbərliyi ikinci cəbhənin açılmasına imkan vermir, buna görə də Ukrayna vətəndaşı olan Saakaşvilinin hakimiyyətə gətirilməsi hazırlığı gedir. Lakin bu planın uğurlu olacağı ehtimalı azdır”, - rusiyalı mütəxəssis deyib.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO

































