Saakaşvili ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: "Bu qərar siyasi ola bilməz"
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: "Bu qərar siyasi ola bilməz"

Saakaşvili ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: "Bu qərar siyasi ola bilməz"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstanın “İmedi” telekanalına müsahibəsində deyib.

Breqadze qeyd edib ki, Gürcüstanda məhbuslar sağlamlıqlarını yaxşılaşdırmaq üçün lazım olan müddətdə xəstəxanada qala bilərlər.

"Həkim tövsiyəsi olan kimi onu (Saakaşvilini) həbsxanaya köçürəcəyik, çünki bu məsələ ilə bağlı başqa qərar qəbul etmirik, hər hansı siyasi qərar qəbul etmək istisnadır", - nazir deyib.

Onun sözlərinə görə, Saakaşvilinin səhhəti yaxşılaşıb.

Noyabrın 15-də Breqadze bildirib ki, Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidentinin 2022-ci ilin mayından həbsxanaya qaytarılması məsələsinə baxılması üçün həkimlərin rəyini gözləyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm