Cənubi Qafqaz
Putin İrəvana ordu göndərir, Ermənistan parçalanacaq: 3 ay sonra Zəngəzur...
Ukrayna müharibəsində isti mərhələnin yerini tədricən “dondurulmuş münaqişə” mərhələsinə verdiyi müşahidə edilir. Qərb cəbhəsinin artıq Rusiyanın məğlubiyyətində əvvəlki qədər maraqlı olmadığı, yaxud vəziyyətlə barışdığı görünür. Kiyevə lazımi hərbi yardımın göstərilməməsi, əsas diqqətin İsrail-HƏMAS müharibəsinə yönəlməsi də burada diqqətçəkən amillərdəndir. Mümkündür ki, Rusiya və Ukrayna arasında müharibə “mövqe döyüşləri” ilə əvəzlənəcək və hazırki “təmas xətti” tərəfləri ayıran siyasi xəttə də çevriləcək. Bu mənzərə fonunda Gürcüstan mediasında diqqətçəkən iddialar tirajlanıb.
Publika.az xəbər verir ki, Varden Sulukidznin imzası ilə yayılan məqalədə Ukraynada “dondurulmuş münaqişə” fonunda Rusiyanın digər regionlarda ata biləcəyi addımlar proqnozlaşdırılır.
Rus ordusu Qafqazda hərəkətə keçir
Rusiya ordunu başqa bölgələrdə geosiyasi mövqelərini yaxşılaşdırmaq üçün istifadə edə bilər. Bu istiqamətlərdən biri Mərkəzi Asiyadır, hərçənd, Qazaxıstan ssenarisinin təkrarlanması, ümumiyyətlə bu bölgəyə ordu göndərməsi çətin görünür, xüsusilə Çinin buna qarşı olması Rusiyanı daha ehtiyatlı yanaşmaya məcbur edir. Suriyada hərbi fəaliyyətin intensivləşdirilməsi üçün də əsas yoxdur. Rusiyanın geosiyasi mövqelərini yaxşılaşdırmaq üçün üz tuta biləcəyi yeganə istiqamət Qafqaz görünür.
Moskvanın İrəvana hərbi müdaxilə hazırlığı
Qarabağ revanşistlərinin “xilası” ideyası baş tutmadı, əksinə, Rusiya Azərbaycanın separatçılara qarşı addımlarını dəstəklədi. Bu halda Rusiyanın Fransa, ABŞ və digər Qərb ölkələri ilə sürətlə əlaqələr quran, mərkəzdənqaçma xəttini tutan Ermənistanda “xilas etməyə” nələrisə var. Hazırda söhbət Ermənistanın KTMT-dən çıxması və Rusiyanın Gümrüdəki hərbi bazasını qovmasından gedir. Paşinyan bu ilin oktyabrında “The Wall Street Journal”a müsahibəsində də bəyan etdi ki, o, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunda heç bir fayda görmür. Bazanın çıxarılması Kreml üçün ciddi geosiyasi məğlubiyyət olardı. Paşinyan artıq Ermənistanın dövlət və özəl sektorunda rusiyapərəstlərin “ovuna çıxıb”. Bu vəziyyətdə Rusiyanın Ermənistanda ona sadiq hökumət qurması üçün hərbi müdaxildən başqa yolu qalmır.
Ermənistan parçalanacaq, Zəngəzur dəhlizi...
Rusiya və Ermənistanın ümumi sərhədlərinin olmaması bu ssenarini çətinləşdirən amildir. Ermənistan hər şeyi edir ki, Kreml bu ssenarinin tətbiqinə qərar verərsə, qonşu ölkələr “tranzit” rolunu oynamasın. Hərçənd, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesi dayandırılıb, kommunikasiyalar açılmayıb, müqavilə imzalanmayıb. Nəzəri baxımdan, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini almaq üçün Kremlin Ermənistanı bölmək təklifinə müsbət baxa bilərlər. Digər tərəfdən, Paşinyanın ABŞ və NATO ilə flört etməsi İranı qıcıqlandırır, buna görə İrəvanda Rusiyayönümlü hakimiyyət Tehranı narahat etmir.
Gürcüstan “hərbi dəhliz” olacaq
Rusiyanın “hərbi dəhliz” kimi istifadə edə biləcəyi ölkə Gürcüstan ola bilər. Ukraynada müharibə dondurulduqdan sonra Kremlin buna gücü çatacaq. Gürcüstanın həqiqətən də bu cür planlara müqvmət göstərmək gücü və bacarığı yoxdur. Bundan əlavə Gürcüstan daxilində Kremlpərəst beşinci kalon və onlarla əlaqələri olan “cavax” separatçıları fəaliyyət göstərir, onlar Rusiyanın yeni işğalını gözləyirlər.
Bütün bunların fonunda Paşinyan rejimi Rusiyanı “Ermənistanda nəsə etmək lazımdır” fikrinə təhrik edir. İrəvanın Putini həbs etməyə hesablanmış Roma Statusunu ratifikasiya etməsi isə Kremlin üzünə tüpürməkdir. Və belə görünür ki, tüpürməyə davam edəcəklər də. Moskvanın iki yolu qalır: ya Paşinyanın rus ordusunu təhqir edərək, qovmasına dözəcək, ya da onu devirəcək;
Xüsusi əməliyyat qrupu Ermənistana gedir
Bunu seçki yolu ilə etmək mümkün deyil. Bunun fonunda bir informasiya xüsusilə diqqət çəkir. Məlumatlara görə, Ermənistanda çevrilişə hazırlaşan qrupa kömək edəcək “xüsusi əməliyyat qrupu” Gürcüstan ərazisində gözləmə mövqeyindədir. Bu qrup Ukraynada müharibənin tam dondurulmasından sonra, təxminən 2-3 ay ərzində Ermənistanda peyda olacaq.
Asif
-
Hadisə17:10
Azərbaycanda sürücü sərnişin avtobusunu yandırdı - VİDEO
-
Yaxın Şərq16:09
Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır
-
Kriminal15:10
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Kriminal14:50
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi - ŞOK TƏFƏRRÜAT
-
İdman13:34
Ailədə söz-söhbət: İtalyan gözəl ona xəyanət edib? - FOTOLAR
-
İdman13:05
Prezidentin nəvələri Messi və dostları ilə görüşdülər - FOTO
-
Sosial12:13
Gələn ilin bayram günləri müəyyən edildi
-
Qoroskop11:17
2025-də sevgidən yarıyacaq 3 bürc: Hər an evlilik təklifi ala bilərsiniz