Cənubi Qafqaz
Bu ölkədə doğuş PULSUZ OLDU: "Qiymətlər eyniləşdirilib ki..."
Gürcüstan Səhiyyə Nazirliyi doğuşun tam maliyyələşdirilməsinə qərar verib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Doğuş universal tibbi sığorta ilə əhatə olunacaq. Qərar həkimlərin rəyi olduqda qeysəriyyə əməliyyatına da şamil edilir.
"Beləliklə, doğuş zamanı qadınlar həkim və ağrıkəsicilərin qiymətini, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərcləri seçə biləcəklər. Nəticə etibarı ilə xəstələr ümumiyyətlə pul ödəməli olmayacaqlar", - deyə şöbədən bildirilib.
Bununla belə, qeysəriyyə əməliyyatı tibbi səbəblərə görə deyil, pasiyentin istəyi ilə, eləcə də VİP palatada xidmət ödənişli olaraq qalacaq - 1,2 min lari (təxminən 452,5 dollar). Onlar universal sığorta proqramına daxil olan bütün tibb müəssisələrində ödənilə bilər.
Səhiyyə Nazirliyi qeyd edib ki, təbii doğuş və keysəriyyə əməliyyatının qiymətləri eyniləşdirilib. Bu addım ona görə atılıb ki, tibb işçilərinin boş yerə keysəriyyəyə əl atmaq həvəsi olmasın. Vurğulanıb ki, hazırda ölkədə bu üsulla (keysəriyyə) doğulanların səviyyəsi yüksəkdir.
Hüseyn İbadlı
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU













.png)
























.png)