Ararat Mirzoyan da KTMT-dən İMTİNA ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Ararat Mirzoyan da KTMT-dən İMTİNA ETDİ

Ararat Mirzoyan da KTMT-dən İMTİNA ETDİ

Belarus tərəfinin təşəbbüsü ilə noyabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Belarusun xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Belarus ikitərəfli gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə də istinad edilib.

Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm