Cənubi Qafqaz
Ermənistan üçün “hind silahı”: Dehli İrəvanı xilas edə biləcək?
“Hindistan hərbi texnologiyada son dövrlər inkişaf edən ölkədir, lakin təcrübəyə görə ilk ixrac edilən silah partiyası riskli ola bilər. Mümkündür ki, Ermənistan belə bir risk etdiyi üçün Hindistan silahların qiymətində endirim edib”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Ruslan Puxov deyib.
Ekspert qeyd edib ki, sülh dövründə alınan silahlarla istənilən vaxt istifadə etmək üçün alınan silah arasında fərq var.
“Sülh dövründə alışı planlı şəkildə etmək olur, istənilən vaxt istifadə etmək üçün alınan silahlarda isə planlaşdırma olmur. Mövcud vəziyyətdə toqquşma olmadığı üçün Hindistandan planlı şəkildə silah almağı müsbət qiymətləndirə bilərik, lakin bu daha çox siyasi qərardır. Yəni silah alışı ilə Hindistanın dəstəyi əldə olunur, alınan silahların effektivliyi burada sual altındadır. Ermənistan PUA-larla yanaşı, haubitsa və yaylım atəş sistemləri də alır. Bu sistemləri birləşdirmək son dərəcədə çətin olacaq, misal üçün, sənədlər ingilis dilindədir, bu da tətbiqi çətinləşdirir. Fikrimcə, Ermənistan daha çox Fransa və Hindistana minnətdar olmaq üçün silah alır”, - ekspert bildirib.
Qeyd edək ki, Ermənistan Fransadan “GM 200” radarları, eləcə də “Mistralı” hava hücumundan müdafiə sistemləri alır. Mediada yayılan məlumatlara görə, Ermənistan Hindistandan 41,5 milyon dəyərində ZADS (Zen Anti-Drone System) almaq üçün müqavilə imzalayıb. Bununla yanaşı, Ermənistan Hindistandan “MARG 155” zirehli özüyeriyən haubitsalar və “Pinaka” yaylım atəş sistemləri də alıb.
Asif
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU













.png)
























.png)