Cənubi Qafqaz
Türkiyə nəzarəti - Hakan Fidanın Bakıda dediyi bu sözlər erməniləri qorxuya saldı
11:40
Türkiyə xarici işlər naziri Hakan Fidanın ötən həftə Azərbaycana səfəri və Bakıda verilən bəyanatlar Ermənistanda narahatlıqla izlənilib.
Publika.az xəbər verir ki, Ermənistanda bu səfərlə bağlı əsas müzakirə mövzusu Türkiyənin danışıqlar masasında iştirak etməsidir.
Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşdə bəyan etdi ki, “Türkiyə Ermənistanın qonşusudur, zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”.
Son proseslər fonunda verilən bu açıqlama Bakının Ankaranı masaya daxil etmək planı olaraq dəyərləndirilir. Ermənistanda bundan narahat olublar. Xüsusilə Türkiyənin danışıqlar masasında iştirakının ABŞ tərəfindən də dəstəklənməsi bu narahatlığı artırır.
“Hraparak” nəşri yazır ki, Paşinyanın səyləri nəticəsində Rusiyanın təsir dairəsində olan suveren Ermənistan ABŞ-ın dostu oldu.
“Halbuki, indiki Ermənistan Sovet Ermənistanından daha az suverendir və ABŞ-ın dostu olmaq əvəzinə, Türkiyənin tabeçiliyində olan dövlətə çevrilmək yolunu tutdu. ABŞ artıq Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərində “effektiv rolunu” alqışlayır.
Beləliklə, danışıqlar birbaşa Türkiyənin nəzarəti altına keçir. ABŞ Dövlət Departamentinin dəstək bəyanatı da Hakan Fidanın Azərbaycanda verdiyi bəyanatlara əsaslanır. Türkiyəli nazir Azərbaycanın istədiyi hər şeyi dəstəkləyir, Fidan Bakıda bunu bir daha dilə gətirdi. Beləliklə, Ermənistan rus təbəəliyindən türk təbəəliyinə keçir”, - nəşr yazıb.
Asif
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?


























.webp)







