Cənubi Qafqaz
Qapalı görüşün detalları yayıldı: Ermənistan payızda nəyə hazırlaşır?
Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzvlüklə bağlı müraciət edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr yazır ki, bu məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət fraksiyasının deputatları ilə görüşündə müzakirə olunub.
“Paşinyan hakim “Mülki müqavilə” fraksiyası ilə qapalı iclasda bildirib ki, Ermənistan bu ilin payızından gec olmayaraq, üzvlüklə bağlı Avropa İttifaqına müraciət etməlidir. Baş nazir tərəfdaşlarına açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyadan uzaqlaşmaq və onu regiondan sıxışdırmaq üçün əməli addımlar tələb edir. Bu vəziyyətdə Ermənistanın həmin tələbləri yerinə yetirməkdən başqa yolu yoxdur, çünki “Rusiya ondan artıq üz döndərib”.
Lakin komandanın böyük hissəsi Aİ-yə üzvlük məsələsində tələskənliyə yol verməyə qarşıdır. Komanda şübhələnir ki, Paşinyan dövlətin xarici siyasətini dəyişdirmək üçün xalqın etimad səsverməsini – konstitusiya referendumunu keçirə bilər. Xüsusilə biznesmen deputatlar Xaçatur Sukiasyan və Qurgen Arsenyan Rusiyaya qarşı radikal tədbirlərin əleyhinə çıxış ediblər. Arsenyan bildirib ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiya bazarı ilə bağlıdır və hətta Lars yolunun müvəqqəti bağlanması ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. Bəzi deputatlar isə bildirib ki, Ermənistan bu və ya digər formada Avropa İttifaqına doğru irəliləyir. Belə fikirlər də səsləndirilib ki, Rusiyanı daha da qıcıqlandırmağın mənası yoxdur, bir neçə aydan sonra geosiyasi vəziyyət dəyişə, Rusiya fərqli mövqe tuta və münasibətlər bərpa oluna bilər.
Buna görə Ermənistan manevr imkanlarını saxlamalıdır. Lakin Paşinyan payıza qədər vaxtlarının olduğunu deyərək, fikrində təkid edib. Mümkün təhdidlərə gəlincə, o bildirib ki, “Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, Qərb isə ən azı müəyyən qədər təhlükəsizlik zəmanəti verə blər”, - nəşr yazır.
Nəşr qeyd edir ki, deputatlar yaxın vaxtlarda vəziyyəti XİN rəhbəri, Təhlükəsizlik Şurasının katibi və hökumətdəki digər səlahiyyətli şəxslərlə ayrılıqda müzakirə edə bilərlər.
Asif
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































