Cənubi Qafqaz
Paşinyan QAPALI İCLAS ÇAĞIRDI: "Azərbaycan imperativ tələb irəli sürüb ki..."
Ermənsitanın Baş naziri Nikol Paşinyan, Nazirlər Şurasının katibi Armen Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Milli Assambleyada hakim “Mülki Müqavilə” fraksiyası ilə keçirilən qapalı iclasda sərhədin demarkasiyası məsələləri müzakirə olunub.
Publika.az xatırladır ki, ötən gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti arasında Ermənistan-Azərbaycan sərhədində görüş baş tutub.
24news.am-ın mənbəsinin sözlərinə görə, Azərbaycan tərəfi görüşdə anklavların geri qaytarılması il bağlı imperativ tələb irəli sürüb.
"Bizə çatan məlumata görə, bu məsələ “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə qapalı görüşdə müzakirə olunub", - mənbə bildirib.
İclasdan sonra həm hakim fraksiya deputatları, həm də hökumət üzvləri iclasda hansı məsələlərin müzakirə edildiyini və hansı qərarların verildiyini açıqlamaqdan imtina ediblər.
Hüseyn İbadlı
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































