Cənubi Qafqaz
Paşinyanın Putinə hazırladığı şok "hədiyyə": elə bir gündə elan edəcək ki... - Qərb həyəcanla gözləyir
Ermənistan Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxa bilər.
Publika.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Bildirilib ki, İrəvanın həmin gün təşkilatdan çıxmasının elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub:
“Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın geosiyasi dönüşünün mümkünlüyüdür ki, bunun da ilk hissəsi sentyabrın 1-dən Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı İrəvandan Moskvaya rəsmi məktub olub. İkinci isə, Nikol Paşinyanın son mətbuat konfransında KTMT-dən çıxmaq və ya qalmaq şərtləri ilə bağlı söylədikləri idi. Əslində, əldə etdiyimiz məlumata görə, ötən ilin ortalarından hakimiyyət daxilində təşkilatdan çıxmaq və bunu ictimaiyyətin necə qəbul edəcəyi ilə bağlı gərgin müzakirələr gedir”, - nəşr yazıb.
Qəzetin mənbələrinə görə, bu mövzuda hakimiyyətin dar çevrələrində kifayət qədər təşviş var: “Bir çox insanlar belə bir qərarın nəticələrini gözlənilməz hesab edir və həmin müzakirələrin iştirakçısı olduqları üçün əvvəlcə öz mövqelərini daha aktiv şəkildə ortaya qoyurlar. Lakin son dövrdə qəti şəkildə bu qərarın əleyhinə olsalar da, bunu düzgün hesab edərək, fikirlərini ifadə etmirlər. Bu müzakirələrdən yaxşı xəbərdar olan həmsöhbətimiz bildirdi ki, Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxmağın elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub”.
Nəşr iddia edir ki, Paşinyanın canlı yayımda KTMT-dən çıxdığını elan etməsindən sonra sərhəddə “gözlənilməz” eskalasiya ola bilər: “Əldə etdiyimiz məlumata görə, bu variant kifayət qədər ciddi müzakirə olunub, xüsusən də iqtidarın qərb qanadı bunun Putinin seçilməsi ilə bağlı yaxşı “hədiyyə” olacağını nəzərə alaraq, Qərb KİV-lərinin müvafiq informasiya dəstəyi ilə "həyəcanlanıb"”.
Akqabay
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































