Cənubi Qafqaz
Britaniya səfiri Zəngəzurda: Dəhliz planında yeni səhifə açılır?
Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaqer Zəngəzur bölgəsinə səfər edib.
Publika.az xəbər verir ki, britaniyalı diplomat Ermənistanda “Sünik (Zəngəzur) qubernatoru” olan Robert Qukasyanla görüşüb.
Görüşdə regional inkişaf və əməkdaşlıq məsələləri müzakirə edilib. Regionda təhlükəsizlik məsələsinə də toxunulub.
Qallaqer “X” hesabında səfərlə bağlı qeydlərini paylaşıb. Bildirib ki, regionda davamlı sülh və sabitlikdə yeni səhifə açılacağına ümid edir.
“Sülh və təhlükəsizlik bu dinamik regionun potensialından tam istifadə etməyin açarıdır. Mən onları əmin etdim ki, Böyük Britaniyanın dəstəyi davam edəcək”, - o bildirib.
Ermənistanın “Fakt” saytı yazır ki, britaniyalı diplomatın Zəngəzura səfəri yeni proseslərdən xəbər verir.
“Azərbaycanın böyük dostu olan bir ölkənin səfirinin Sünikə (Zəngəzur) səfəri yaxşı heç nə vəd etmir”, - sayt iddia edib.
Böyük Britaniya Zəngəzur dəhlizinin açılmasında maraqlı ölkələrdən biridir. 44 günlük müharibədən sonra Zəngəzur bölgəsi geosiyasi mübarizə meydanına çevrilib, xüsusilə regionda marağı olan ölkələrin bu bölgədə fəaliyyətləri diqqət çəkir.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































