Cənubi Qafqaz
Moskva Bakı-İrəvan razılaşmasını pozmaq istəyir? - Lavrovdan yeni iddialar
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətini azaltmağa çalışıb.
Publika.az xəbər verir ki, Lavrov Vaşinqtonda çox şeyin razılaşdırılmadığını iddia edib.
“ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı vəcdə gətirən fikirlər sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəzlənib, çünki sənədin mətnində çox şey razılaşdırılmadığı ortaya çıxıb”, - o iddia edib.
Rusiyanın baş diplomatı onu da iddia edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün şərtlər Rusiya, Ermənistan və Azərbayca liderlərinin 2020-ci və 2022-ci illərdə əldə olunmuş razılaşmalar əsasında formalaşıb: “Onlar bunu ABŞ-da imzalamağa qərar verdilər. Bu, qonşularımızın suveren hüququdur, amma bu razılaşmanın necə işləyəcəyini görəcəyik. Çünki orada hər şey razılaşdırılmayıb”.
Lakin Lavrov “Vaşinqtonda hər şey razılaşdırılmayıb” dedikdə konkret nəyi nəzərdə tutduğunu izah etməyib. 8 avqustda keçirilən Vaşinqton görüşündə Bakı və İrəvan arasında müzakirə edilən bütün məsələlər həll edilib. Sülh sazişinin mətni paraflanıb. Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra yekun müqavilənin imzalanması razılaşdırılıb. ATƏT-in Minsk qrupunun buraxılması məqsədilə birgə müracət qəbul olunub. Nəticədə sentyabrın 1-də Minsk qrupu ATƏT tərəfindən rəsmi olaraq ləğv edilib. Zəngəzur dəhlizinin açılması rəsmiləşib. Rusiya tərəfinin “hər şey razılaşdırılmayıb” iddiası əslində əldə olunan anlaşmaların əhəmiyyətini azaltmaq və sülh prosesini pozmaq məqsədi daşıyır.
Asif
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































