Cənubi Qafqaz
Ərdoğan onu Ermənistana göndərir: İrəvandan nələr tələb olunacaq?
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın bu həftə İrəvana gözlənilən səfəri erməni ictimaiyyəti tərəfindən geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Türkiyə rəsmisinin İrəvanda qəbul edilməsini dəstəkləyənlər də var, qarşı çıxanlar da.
Ermənistanın müxalif mediası isə bu səfəri rəsmi İrəvanın növbəti təslimçiliyi kimi təqdim etməyə çalışır.
“Hraparak” nəşri yazır ki, Sərdar Kılıç Ermənistana təyyarə ilə yox, “Alican-Marqara” sərhəd məntəqəsindən keçməklə gələcək.
Nəşr iddia edir ki, xüsusi nümayəndəni İrəvana göndərən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əsas məqsədi Ermənistan qarşısında yeni tələblər irəli sürmək və onları qəbul etdirməkdir: “İndiyə qədər Ermənistan-Türkiyə sərhədlərinin açılması gündəmdə olsa da, praktiki olaraq, baş verməyib. Türkiyə sərhədin açılacağı vədini verərək, Ermənistandan istədiklərini alır. Misal üçün, 2022-ci ildə sərhədin açılacağını dedilər, daha sonra Qarabağda Azərbaycan istədiyinə nail oldu, lakin sərhədlər açılmadı. İndi də Türkiyənin Ermənistandan yeni gözləntiləri var. Səfir Kılıç da buna görə İrəvana gəlir”.
Məqalədə qeyd olunur ki, İrəvanda türkiyəli diplomatın müzakirə edəcəyi əsas məsələ Zəngəzur dəhlizidir.
“Sərhədin açılmasına qarşılıq Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanla birlikdə istədiyi formada açılmasını istəyir. Məlumat var ki, ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı məsələləri müzakirə ermək üçün bu həftə Ermənistana gələcək. Türkiyə də bu danışıqlardan kənarda qalmaq istəmir və səfir Kılıçın səfəri də buna hesablanıb. Məqsəd Zəngəzur dəhlizi adlanan layihənin icrasını Azərbaycan və Türkiyənin şərtlərinə uyğun reallaşdırmağa nail olmaqdır. Ermənistana deyiləcək ki, dəhliz onların istədiyi kimi işləyəcəksə, sərhədlər də açılacaq, əks təqdirdə, bu baş verməyəcək”, - nəşr iddia edir.
Asif
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir

































