Cənubi Qafqaz
Zaxarova elan etdi: Moskvanın İrəvandan əsas tələbləri nədir?
“Moskvanın İrəvanın xarici siyasəti ilə bağlı dəqiq cavablara ehtiyacı var”.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin inkişafını Ermənistandakı seçki prosesi ilə əlaqələndirmir: “Rusiya-Ermənistan münasibətləri strateji xarakter daşıyır, siyasi şəraitdən və ya seçki kampaniyalarından asılı olmamalıdır. Moskva heç vaxt Ermənistana, yaxud digər ölkəyə qarşı siyasətini seçki dövrlərinə əsaslandırmayıb. Bu ona bənzəyir ki, velosipedim olmadığı üçün çox əsəbi idim, velosiped alan kimi dərhal sakitləşdim. Belə yanaşma gülməlidir”.
Zaxarova qeyd edib ki, son dövrlər Ermənistanın Avropa İttifaqı və Avroatlantik strukturlara yaxınlaşdırma səylərini müşahidə edirlər.
“Ermənistan rəhbərliyinin bəyanatları, Brüsseldən dəstək siqnalları və Aİ nümayəndələrinin rəsmi İrəvanla əlaqələri bunu deməyə əsas verir. İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammiti bunun ən real nümunəsidir. Bu proses Rusiya və Ermənistan ictimaiyyətində suallar doğurur. Əsas sual Ermənistanın Avropa İttifaqı ilə dərinləşən əməkdaşlığı mövcud beynəlxalq strukturlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə necə uzlaşdıracağıdır. Moskva bu məsələni həm ikitərəfli təmaslarda, həm də media nümayəndələrinin və işgüzar dairələrin sorğularına cavab olaraq, dəfələrlə qaldırıb. Rusiya tərəfi Ermənistanın gələcək xarici siyasəti və iqtisadi kursu ilə bağlı cavab almaq istəsə də, heç bir izahat verilməyib. Ermənistanın gələcək xarici siyasəti dəqiq müəyyən edilməlidir. Moskva bütün məsələlərin aydınlaşdırılacağını gözləyir”, - o vurğulayıb.
Asif
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO































