Cənubi Qafqaz
Əliyevin ideyası, Uitkoff amili və Trampın xasiyyəti - Zəngəzur ətrafında nə baş verir?
Ermənistan mediası TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icra edilməsi şansının nə qədər yüksək olduğu üzərində müzakirələr aparır. Layihə ilə bağlı konkret razılaşmalar əldə olunub və icrası istiqamətində işlər başlayıb. Gözləntilərə görə, Zəngəzur dəhlizi 2027-ci ilin sonuna qədər işə düşə bilər. Erməni ekspertlər isə iddia edir ki, layihənin gələcəyinə geosiyasi konyuktura təsir edəcək.
Publika.az xəbər verir ki, erməni politoloq Suren Sarkisyan Tramp Administrasiyasının məsələyə xüsusi diqqət yetirdiyini hesab edir.
Onun sözlərinə görə, 1992-ci ildən bəri heç bir ABŞ Administrasiyası Trampın Cənubi Qafqazda və Mərkəzi Asiyada əldə etdiyi nailiyyətləri qazana bilməyib: “Burada geosiyasi şərtlərin də rolu var. Misal üçün, Rusiyanın Ukrayna müharibəsinə görə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin zəifləməsi, o cümlədən, İran müharibəsi və s. Lakin hər şey bu şərtlərlə bağlı deyil”.
Erməni politoloqun fikrincə, Tramp Administrasiyasının regionumuzda bu qədər güclənməsində iki amil xüsusilə təsir göstərir.
“Birinci amil Stiv Uitkoffdur. TRİPP-in memarlarından biri də odur. Mərkəzi Asiyanı bu layihə vasitəsilə Türkiyə və Avropaya birləşdirmək ideyası onun komandasına aid edilir. Bu, təkcə iqtisadi və nəqliyyat əhəmiyyətinə malik deyil, həm də geosiyasi təsir imkanları deməkdir. Uitkoffun Trampla birbaşa əlaqəsinin olması da layihənin ilkin mərhələsinin heç bir bürokratik əngəllərlə üzləşməməsini təmin etdi”, - deyə Sarkisyan qeyd edib.
Əslində erməni politoloq məsələnin tam mahiyyətini gizlədir. Çünki sonradan TRİPP adlandırılan Zəngəzur dəhlizi layihəsi Prezident İlham Əliyevin ideyasıdır. Azərbaycan lideri 44 günlük müharibənin başa çatması ilə bağlı əldə olunan razılaşmaya bu layihəni daxil edib. Daha sonra geosiyasi mübarizənin regiona təsiri, xüsusilə Bayden Administrasiyasının Cənubi Qafqazda Ermənistan vektorlu siyasəti layihənin həyata keçirilməsinə maneələr yaradırdı. Trampın gəlişindən sonra vəziyyət dəyişdi və Prezident İlham Əliyev ABŞ Administrasiyasına Zəngəzur dəhlizinin iqtisadi-siyasi əhəmiyyətini izah etdi, həmçinin, Ermənistanla sülhün əsas şərtlərindən biri kimi bunu irəli sürdü. Nəticə etibarilə Zəngəzur dəhlizi layihəsində yalnız ad (TRİPP) və əsas zəmanətçi (ABŞ) dəyişdi, mahiyyət isə Azərbaycanın əvvəldən irəli sürdüyü prinsiplərə əsaslanır. Aydındır ki, ABŞ Administrasiyası məhz Prezident İlham Əliyevlə danışıqlardan sonra məsələyə xüsusi diqqət ayırıb. Bu danışıqlarda ABŞ tərəfini Uitkoff təmsil edirdi. Prezident İlham Əliyevin Prezident Donald Trampla yanaşı, ABŞ Administrasiyasında Stiv Uitkoffla xüsusi münasibətlərinin olması da bu kontekstdə diqqət çəkir.
Suren Sarkisyanın bunu dilə gətirmək istəməməsi, reallığı dəyişdirmir.
Erməni politoloq ikinci amilin Tramp Adminisyrasiyasının idarəetmə tərzi olduğunu deyir. Onun sözlərinə görə, bürokratik prosedurların arxa plana keçməsi məsələlərin həllini tezləşdirib.
“Tramp Administrasiyası qərarların qəbul edilməsində bürokratik gecikmələrə yol vermir. Tramp və onun komandasının üzvləri heç vaxt bürokratik olmayıblar. Bu da geosiyasi layihələrin daha qısa müddətdə icrası imkanlarını yaradır. Bu, TRİPP layihəsinə də aiddir”, - deyə o bildirib.
Lakin erməni politoloq iddia edib ki, TRİPP layihəsinin icrasına mane olan bir sıra amillər də var. Halbuki, bu fikir reallığa əsaslanmır, çünki layihə ilə bağlı əsas maneələr aradan qalxıb.
Müəllif: Asif
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?








.jpg)


















.jpg)












