Tabloid.az
Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı - FOTO
Mədəniyyət Nazirliyi Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.
Publika.az xəbər verir ki, nekroloqda deyilir:
Azərbaycan mədəniyyətinə ağır itki üz verib!
Muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli Əlibaba Balaəhməd oğlu Məmmədov vəfat edib.
Əlibaba Məmmədov 1930-cu il fevral ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan sənətkar istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənin, öz bənzərsiz səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirib. Muğam ifaçılığının ustadlarından olan Əlibaba Məmmədov bir çox xarici ölkələrdə milli musiqimizin təbliğində əvəzsiz xidmətlər göstərib, yarım əsrlik yaradıcılığı ilə muğamsevərlərin yaddaşına həkk olunub. Onun böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz” dəstgahları, “Dəşti”, “Rəhab” kiçik həcmli muğamları, xalq və bəstəkar mahnıları Azərbaycanın qızıl fondunda qorunub saxlanılır.
Əlibaba Məmmədov uzun müddət Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı onlarla tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar.
Böyük sənətkar 1989-cu ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “İstiqlal”, 2020-ci ildə “Şərəf” ordeninə layiq görülüb. O, Prezident təqaüdçüsü idi.
Əlibaba Məmmədovun nurlu xatirəsi daima onu sevənlərin qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək


























.jpg)
.jpg)






