Tabloid.az
Məşhur modelyerdən Nadir və Manafla bağlı QALMAQALLI SÖZLƏR: Elə geyinirlər ki, sanki...
Moda elə bir dünyadır ki, tanınıb, məşhur olmaq istəyən çox olsa da, bu sahənin “podyum”unda uzun müddət qala bilmək, seçilmək hər modelyerə qismət olmur. Bu, səbr, əzm, yuxusuz gecələrlə yanaşı, bəxt və qabiliyyət də tələb edir.
Tanınmış dizayner-modelyer Şəlalə Maqsudova bu yolda həm əziyyət çəkib, həm də bəxti gətirənlərdəndir. Ona görə yox ki, ona kimsə dəstək olub, onun bəxti yaranandan Yaradan tərəfindən verilib. Tikib, biçməyi kiçik yaşlarından öz-özünə öyrənib. Özünün dediyi kimi, o, həyatın hər yerində moda axtarır, təkcə geyimdə yox. İllərdir dəb dünyasında qeyri-adi dizayn, kolleksiyaları və məşhurlarda yaratdığı obrazlarla tanınır. Daim üzərində işləyir, araşdırır, yeniliklər edir.
Onu atelyesində ziyarət etdik. Burada həm səhnə geyimləri, həm qeyri-adi əl işlərindən nümunələr, həm də sadə və şık ziyafət geyimləri bizi qarşılayır.
Şəlalə xanım ötən günlərdən bir qədər kövrək, bir o qədər də fəxr hissiylə danışır:
- Modaya marağınız necə başladı?
- Bunu ilk dəfə deyəndə çox insan inanmırdı, uşaq vaxtı çit parçadan tikdiyim çantam vardı. Onun içinə kuklalar, kiçik qayçı, vərəq, karandaş, parçalar qoyurdum. Paltarlar çəkir, çəkdiklərimi də götürdüyüm parçaların üzərində tikirdim. Bağçada uşaqların günorta gəzintisi zamanı müəllimlərim məni çıxarmırdı. Otaqda əyləşib, çantamın içərisindəkilərlə cızma-qaralar edib, tikirdim. Amma biçim-tikim demək olar ki, istedad idi, onu mənə heç kim öyrətmirdi.
O vaxt Qaxın Ləkit kəndində bizi məktəbdən qarğıdalı yığmağa aparırdılar. Mən heç vaxt işləmirdim. Uşaqlar qarğıdalının kənarlarını toplayıb, gətirirdilər, mən də ondan səbətlər, gül buketləri, güllər düzəldirdim. Otağım əl işləri ilə dolu idi. Atam mənə “zibilyığan” deyirdi. Evdə işıq patronu yananda onu zibilə atırdılar. Onu götürüb, muncuqlarla, saplarla toxuyub, içinə gül salırdım. Heç nəyi atmırdım. Hətta taxta üzərində yandırmalar, cürbəcür toxumalar işləyirdim. Çox maraqlıdır ki, nəyə baxırdımsa, açılışını görürdüm. Özüm məəttəl qalırdım ki, bu, məndə necə alınır, axı bunu mənə heç kim öyrətmir. 6-cı sinifdən 11-ci sinfədək məktəbdə sərgilərim olurdu. 9-cu sinifdə oxuyanda qatıldığım rəsm yarışmalarında hər dəfə birinci yerə, sonra isə böyük bir rəssamlıq yarışmasında region üzrə birinci yerə layiq görüldüm. Məni o vaxt Kirovabad adlanırdı, ora böyük bir yarışmaya çağırdılar. Mən ora Xarı bülbüllə hazırlaşdım. Çox təəssüf ki, o vaxtlar müharibə dövrü olduğundan yarışma təxirə düşdü. Onu da deyim ki, illər sonra həmin Xarı bülbülü qızım çəkdi. O da rəssamdır. Onunla müsabiqələrdə yer tutdu. Mənə qismət olmasa da, o mənim arzumu həyata keçirdi.
Çox həvəsli olsam da, atam məni müəllim görmək istədiyindən müəllimlik təhsili aldım, amma işləmədim. Çünki öz sevdiyim peşənin arxasınca getdim. Sonradan dizayner-modelyer ixtisası üzrə təhsil aldım. Onu da deyim ki, Rusiyanın MTV kanalı məni ilk verilişə qonaq çağıranda atam o qədər sevinmişdi ki, dedi, qızım sən deyən oldu, mən deyən yox. Get bu sahənin dalınca. Ondan sonra düşündüm ki, özümü bu sahədə təsdiqləməliyəm. Məni irəli aparan heç kim yox, öz işim, sənətim, qabiliyyətim oldu.
- Dizaynlarınızda önə çıxardığınız ünsürlər nələrdir?
- İllər əvvəl Şəlalə Maqsudova deyəndə hamı qeyri-adi işlər hazırlayan, geyimləri yalnız parçadan olmayan, məsələn, videokasetlər, karandaşlar, dəmirlər, yarpaqlar, kağızlardan və s. geyimlər hazırlayan modelyer düşünürdü. Azərbaycan modelyerlərindən ancaq mənəm ki, kağız və salafan paketlərdən olan geyimim “Pinterest”ə düşüb. Mənim xəbərim olmadan işlərim o səhifəyə düşüb, halbuki buna böyük səy lazımdır. İşlərimi orada görəndə şok yaşadım.
src="/storage/files/upload/d763a79138af04fadf77e350963caae783e81db1.jpg" style="width: 549px; height: 338.363px;" class="fr-fic fr-dib fr-fil">Mən daha çox qeyri-adi geyimlərlə tanınmışam. Daha sonra milli geyimlərimizə keçdim. Milli geyimlərimizdəki ornament naxışları rəssamlığımla bağ yaradır. Çünki o ornament naxışlarını çəkməyi daha çox sevirəm. Onu kağız yox, parça üzərinə ötürdüm. Hətta ziyafət geyimlərində də o naxışları həkk etdim. Hazırda təkcə qeyri-adi geyimlər yox, moda sahəsində nə varsa, hamısının üzərində çalışıram.
src="/storage/files/upload/5cca99e2ee875f5d2b22042d6391402b4a905607.jpg" style="width: 549px; height: 365.671px;" class="fr-fic fr-dib fr-fil">- Geyimlərinizdə həm fərqlilik, həm də özünəməxsusluq var...
- Elə geyimlərim var ki, ordan heç bir maddiyyat götürməmişəm. O, mənim yaradıcılığımın məhsuludur. Onların da hamısını sevərək edirəm. Məsələn, Vüsalə Əlizadənin üzərində gördüyünüz qara klyonka paltar, Oksananın üzərindəki 3000-ə yaxın təbii yarpaqlardan geyim, qara salafan kağızlardan, 300-dən artıq video kasetdən, sancaqlardan, dəmirlərdən və s. paltar toxumuşam. İstəyirəm, insanları heyrətləndirim ki, niyə xaricdə olmalıdır, bizdə yox. Əvvəllər hazırladığım geyimlərə heç bir qiymət, dəyər yox idi. Sonra o geyimlər xarici səhifələrdə paylaşıldı, oradan yaxşı təkliflər gəldi. İş otağıma girəndə bütün problemlərimi unuduram. Yerimdə durmağı sevmirəm. Çalışıram, maraqlı, fərqli işlər ərsəyə gətirim.
src="/storage/files/upload/7deac767ae8f98267d811c44d668b69472706ef7.jpg" style="width: 581px; height: 385.397px;" class="fr-fic fr-dib fr-fil">- Elə “Tarixi geyimlər danışır” adlanan layihəniz də onlardan biri idi. Maraqlı obrazlar vardı.
- Əslində, o tarixi geyimləri inanmıram ki, dövrümüzdə hər modelyer ərsəyə gətirə bilsin. Çünki orada tarixi eşələmişəm. Həm obrazları axtarmaq, ən çətini isə papaqların düzəldilməsi. Hamısını əlimlə düzəltmişəm. Bu layihə hamıya maraqlı gəldi. İstədim, bizim aparıcılarımızı, tanınmış simaları keçmişin insanları simasında görək. Əslində, hər dəfə ilklərə imza atmaq istəyirəm. Tək çox çətin oldu, amma öhdəsindən gəldim.
src="/storage/files/upload/b883ead791609c56d2cdbdc4ebfc04c63d042d2a.jpg" style="width: 576px; height: 355.2px;" class="fr-fic fr-dib fr-fil">- Məşhurlardan kimlərin stilini bəyənirsiniz?
- Ümid edirəm ki, bunu oxuyandan sonra məni qınamazlar. Çünki onların özlərini çox sevirəm, özlərinə də deyirəm ki, geyimini bəyənməmək o demək deyil ki, nifrət edirəm. Tərzini bəyəndiklərim çoxdur. Günay İbrahimli, Gülay Zeynallı, Ayan, Nura Surinin, bəylərdən Zamiqin, Rəhim Rəhimlinin tərzini bəyənirəm. Onunla işləyirəm, deyir, nə istəyirsiniz elə. Kompleksi yoxdur.
- Bəs kimlərin imicini tamamilə dəyişmək istərdiniz?
- Cavanlardan tərzini tapmayanlar çoxdur. Məsələn, Damla. Damlanı versələr, onun tərzini tam dəyişərəm. Gözəl, sevilən xanımdır. Son klipini alqışladım, orada tamam başqa Damlanı gördüm. Xatirə İslamın imicini tamam dəyişərdim.
- Geyimlərdə ən çox edilən səhvlər hansılardır?
- Göz önündə olanlar televiziyadakı insanlardır. Məsələn, səhər verilişində elə geyinir ki, elə bil səhər verilişi ilə toyun yerini səhv salır, bəlkə gecədən makiyaj olunur, saç düzəlir. Evdə televiziyaya baxan bəzi xanımlar da baxır, onu götürür. Amma bilmirlər ki, bu, dəb, stil deyil. Bir də dənizkənarında hardasa oturanda görürsən ki, xanımlar kablok, saç düzümü ilə gəlir, sanki hansısa restorana, toya gedir. Deyirəm ki, bunlar həmin verilişlərə baxıb, nümunə götürən ev xanımlarıdır.
Aparıcılardan məsələn, gündəlik efirdə olan Afaq Gəncəli. O, əvvəllər apardığı şou proqramın formatına uyğun geyinirdi. İndi isə həftəiçi səhər verilişinə keçib. Artıq libaslar dəyişilməlidir. O verilişdəki kimi çıxmaq artıq gülünc olar, artıq formatı dəyişməlisən. Bəzən görürsən ki, əvvəlki kimi geyinir. Lalə Azərtaş veriliş formatına uyğun geyinir. Xoşqədəm Hidayətqızı isə bəzən o qədər allı-güllü geyinir, adamın gözü yorulur, bəzən isə normal geyinir. Onları geyindirəndə günah görürəm, gətirirlər ki, geyinib, çıxmalısan. Bəzən istiqamətləndirmə də səhv olur.
- Əksər xanımların öz bədəninə görə deyil, modaya uyğun geyinməsinə necə baxırsınız?
- İndi internet dövrüdür. Bütün dəblərlə bağlı məlumat var. Dəbi izləmək gözəldir. Amma bununla yanaşı, sən öz bədənini tanımalısan, komplekslərini səndən başqa heç kim bilməməlidir. Hər bir insanın fərqli bədən quruluşu var. İdeal bədən forması nadir halda olur. Hətta insanların sağ və sol tərəfi eyni deyil. Elə xanım var ki, bir çiyin 17, biri 14-dür. Düzgün seçim həmişə sənin dəbli görünməyinə bir vasitəçidir. Bir tanınmış xanıma geyim işlədim, halbuki o rəng, kəsim ilin dəbi deyildi. Səhər proqramına çıxdı. Neçə adamda həmin paltarın təkrarını gördüm. Hətta bir neçə modelyerin ağzından da eşitdim ki, bu il filan rəng dəbdədir, halbuki deyildi. Demək, dəbi mən təbliğ etdim. Bəzən müştərilər efirdən görüb, şəklini göndərir ki, bu geyimdən istəyirəm.
src="/storage/files/upload/23bfebbbbc15a9981ffbedf047ef69cd0530ba01.jpg" style="width: 578px; height: 385.333px;" class="fr-fic fr-dib fr-fil">- Müştərilərinizlə fikir ayrılıqları olurmu?
- 10 il əvvəlki Şəlalə olsaydım, çoxunun kapriziylə oynayırdım. İndi heç kimin kapriziylə oynamıram. Yaxınlaşana deyirəm, mən deyən olacaq. Mən deyən olacaqsa, buyur. Sən deyən olacaqsa, qapını göstərirəm. Əksər halda fikrimlə razılaşırlar, zövqümə inanırlar. Bəzən 5 saata tikdiyim toy geyimim olub, işimdə məsuliyyətliyəm. Çatdırmamaq söhbətim olmayıb. Sadəcə elə müştəri olub ki, sifariş verib, qiymət danışmışam, amma onu yönləndirən adam sonradan deyib ki, o, “maşennik” adamdır. “Primerka”larda hər dəfə qəşəngdir desə də, hazıra gələndə dedi, mən belə deməmişdim, başqa rəng demişdim. Deyirəm, necə “primerka”larda görmədin ki? Dedim, onda qoy qalsın. Dedi, olarmı bir az az pul verim. Acıq elədim, dedim danışdığımız qiymətdən aşağı vermirəm. Bir ay keçmədi ki, həmin paltarı ona dediyim qiymətdən də baha satdım.
- Bir xanımın qarderobunda mütləq hansı parçalar olmalıdır?
- Bir xanımın qarderobunda mütləq ağ və qara geyim olmalıdır.
- Kişilər geyinərkən nələrə diqqət yetirməlidir?
- Bizim kişilər daha çox klassik geyinir. Səhnə adamısansa, bir az klassikdən uzaq olmalısan. Bir az tərzlərini dəyişsələr, daha yaxşı olar. Məsələn, Vasif Məhərrəmlini hər dəfə eyni stildə görürəm. Nə qədər ağ-qara kostyum, ağ köynək, qara kostyum olar? Məsələn, Nadir Qafarzadə, Manaf və s. Ola bilər brenddir, amma brend dəb demək deyil.
Gənc bəylərin geyindikləri dar şalvar da dəb deyil. Onlar sadəcə cavanlıqlarını yaşayırlar. Onlara pis də demirəm, çünki öz zövqləridir. Bəlkə də müəyyən yaş dövrünü keçdikdən sonra həmin geyim tərzlərinə baxıb güləcəklər ki, mən bunu necə geyinmişəm.
- Bir çox uşaq müsabiqəsində də münsif heyətində olmusunuz. Azərbaycanda uşaq modasını necə görürsünüz?
-Əvvəlki müsabiqələrdə geyimlər düzgün seçilmirdi, amma indi görürəm ki, artıq irəliləyiş var. Çalışıram ki, zövqümcə olana yüksək bal verim. Çünki bəzən veriliş başlamamış zəng edirlər, xahiş edirlər ki, tanışıma, övladıma 10 bal ver, dəyirəm, bəlkə orda daha gözəl geyinən hansısa kasıbın övladı var, mən onun qiymətini kəsə bilmərəm.
- Hazırladığınız ən çətin və bahalı geyim hansı olub? Nə qədər vaxt sərf etmisiniz?
- Ən çətini 300 video kasetdən toxuduğum geyimdir. 6 aya başa gəlib. Ən bahalısı isə 3000 AZN qiyməti olan gəlinlik.
- Hazırlamaqda çətinlik çəkdiyiniz geyim, ya əl işi olubmu?
- Bir neçə il əvvəl restoranlarda gəlin masası və çalğı yerini bəzəmək adəti vardı. O vaxt pərdələrdə “italyanka”lar dəbə gəldi. İlk sifariş gəldi. Fikirləşdim ki, bunun açılışı necə ola bilər? Bir pərdə mağazasına girdim. Dedilər ki, sirrdir. Evə gəldim, parçanı kəsdim. Hətta 7 metr parça yararsız oldu. Yatdım, yuxuda gördüm, nurani bir insan dedi ki, qızım, parçanı düz biçmisən, sadəcə formanı parçanın bu istiqamətindən götür. Oyandım, gedib parça aldım, eynisini etdim. Elə gözəl alındı ki. Ondan sonra bir neçə restorandan yenə təklif aldım.
src="/storage/files/upload/19b61bdb3d8d19b45506f6d6adfa7d05440a34e1.jpg" style="width: 586px; height: 391.833px;" class="fr-fic fr-dib fr-fil">- Başınıza gələn maraqlı hadisələrdən paylaşmaq istəyərdiniz?
- 7-8-ci sinifdə oxuyurdum. O vaxt dəfilənin nə olduğunu bilmirdim. Qonşularımız tütünə gedirdi. Kolxoz briqadirləri bizə tütünün üstünü örtmək üçün klyonkalar paylayırdılar. Atam vəzifədə idi. Deyirdim ki, bir top artıq götür. Mən o klyonkalardan geyimlər işləməyə başladım. Kağızlara yazdım, küçələrə yapışdırdım ki, filan saatda həyətimizdə moda sərgisi keçiriləcək. Kolxozçu xalaları ora çağırıram. Qızlara hədiyyələr verirdim ki, bunu geyinin, xalalara göstərim. Radioda günorta lirik mahnıları qoşub, qızları geyindirib çıxarırdım. Anam da deyirdi, alqışlayın. Onlar məni alqışladıqca özümü ulduz, bacarıqlı, xoşbəxt hiss edirdim.
İlk müştərim 4-cü sinifdə olub. İlk qazancım da o vaxt tikdiyim önlükdən aldığım 2 rubl idi. O pulu da suda yudum, kitabın arasında saxladım ki, şax qalsın. Sonra bir önlük də tikdim, 4 metr çit parça və kiçik qayçı aldım. Universitetdə oxuyanda müəllimlərim belə müştərilərim olurdu. Əlaçı oxuyurdum. Özüm qazanıb, hər həftəsonu Qaxa əlidolu gedirdim. Bircə əl maşınım vardı. Anamın cehizliyi idi. İlk işim Amerika Səfirliyi tərəfindən mükafatlandırılan Maykl Cekson layihəsi, ilk klip isə Roza Zərgərli ilə olmuşdu.
- Bu yazın trendi hansı rəng olacaq?
- Ümumiyyətlə, ilk növbədə fəsillərə görə parçaların materialları dəyişir. İsti parçalardan çıxır, yaz parçalarına keçirik. Kətan, cins parçalar dəbdə olacaq. Yaz kolleksiyasında keçən il qarışıq, gül-çiçəkli geyimlər idisə, bu gün əsasən bir rəng dəbdə olacaq. Favorit rəng yaşıldır. Qırmızı ton da əsas rənglərdən olacaq. Ağ-qara isə ilin bütün fəsillərində favoritdir.
- Gələcəkdə markanız üçün hansı yenilikləriniz var?
- Məşhurlarla layihəm olacaq. Ətraflı danışmaq istəmirəm. Çünki hazır edib ortaya çıxaracağam. Bu, tamam başqa layihədir. Haradasa 20 nəfər iştirak edəcək.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO