Tabloid.az
Bu il bütün fəaliyyətimizdə Şuşanı xatırlayacağıq - Nazir
Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şuşa söhbətləri" lahiyəsinin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə bir sıra mədəniyyət nümayəndələri ilə yanaşı, Mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Nazir çıxışında bildirib ki, "Şuşa söhbətləri" "Şuşa İli"nə həsr edilib: "Biz bu il bütün fəaliyyətimizdə Şuşanı xatırlayacaq və təbliğ edəcəyik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qəhrəmanlığı sayəsində biz bu gün "Şuşa İli"ni bayram kimi qeyd edirik. Şuşa bizim mədəniyyətimizin, mədəni elitamızın beşiyidir. Ona görə də bu il Şuşanın əhəmiyyəti haqqında xalqımıza danışmağa çalışacağıq. Biz tanınmış incəsənət xadimlərini, tarixçilərimizi və s. dəvət edəcəyik ki, "Şuşa söhbətləri" çərçivəsində bu şəhərin xalqımızın tarixində, mədəniyyətində rolunu bizlərə anlatsınlar və beləliklə cəmiyyətimizlə dialoq platforması yaranmış olsun".
A.Kərimov bu ictimai müzakirələrdə hər kəsi fəal iştirak etməyə dəvət edib: "Bu gün ilk görüş keçirilir. Bundan sonra isə hər ay bu paneldə görüşlər keçiriləcək. Bu müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır. Hər birinizini "Şuşa İli" və Torpaq çərşənbəsi münasibətilə təbrik edirəm".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)




















.jpg)

.jpg)