Tabloid.az
Nəsibə Zeynalovanın xatirəsi yad edildi
Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edilib.
Bu gün milli teatr və kino sənətimizin unudulmaz siması, zəngin mədəniyyət salnaməmizdə silinməz izi olan böyük sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Publika.az">Publika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Mərhum sənətkarın xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.
Görkəmli aktrisanın həyat yoluna nəzər salan Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev unudulmaz aktrisa ilə bağlı xatirələrini danışıb və vaxtı ilə Nəsibə xanımın möhür vurduğu tamaşaların yeni quruluşda səhnəyə hazırlanmasından söhbət açıb:
“Azərbaycan teatrında elə unudulmaz sənətkarlar var ki, illər, qərinələr keçsə belə, heç vaxt unudulmayacaq. Onlardan biri də Nəsibə xanım Zeynalovadır. Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 106-cı ildönümü tamam olur. Sevilən gülüş ustasının oynadığı tamaşalar, çəkildiyi filmlər hər zaman xatirimizdədir. Bu gün Nəsibə xanımın məzarını ziyarətə gələn aktyorlarımızın bəziləri onunla eyni səhnəni bölüşüblər, bəzilərinə isə bu xoşbəxtlik nəsib olmayıb. Mən özümü xoşbəxt sənət adamı hesab edirəm ki, elə korifey sənətkarla ünsiyyətim olub. Nəsibə xanımın oynadığı bəzi tamaşalar hələ də teatrımızın repertuarındadır...
Bu yaxınlarda “Qaynana” tamaşasının məşqlərinə başlayacağıq. Sevimli Qaynananı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik.
Sözlərimi həm məsuliyyətlə, həm həyacanla qeyd edirəm ki, bu tamaşaya Nəsibə xanımdan sonra müraciət olunmayıb.
Daha bir tamaşa da hazırlanır, teatrsevərlər “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Onun quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur. Nəsibə xanıma həsr olunan bu tamaşalar bizim teatrda öz layiqli yerini qoruyacaq. O, ümumxalq məhəbbətini və rəğbətini qazanmış fitri istedada malik böyük sənətkar idi… Onun haqqında danışmaqla bitməz... Allah rəhmət eləsin. Ruhu şad olsun”.
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi


























.jpg)
.jpg)







