Tabloid.az
Anar Kərimov Naxçıvanda - FOTO
Mədəniyyət naziri Anar Kərimovun aprelin 25-də Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri başlayıb.
Publika.az" style="background-color: transparent;">PPublika.az" style="background-color: transparent;">ublika.az xəbər verir ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüb.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamı ilə yaradılmış Heydər Əliyev Muzeyinə ziyarət təşkil olunub. Muzeydə Ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncamlar və digər sənədlər toplanılıb. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Daha sonra Anar Kərimovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü baş tutub. Nazir Naxçıvanda yerli rəsmilərlə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb. Azərbaycanın tarixi, mədəniyyəti üçün əhəmiyyəti olan tədbirlərin həyata keçirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi, birgə layihələrin reallaşdırılması imkanı müzakirə olunub. Həmçinin Naxçıvanın dahi şəxsiyyətləri, zəngin mədəni irsi və tarixi abidələrindən geniş söhbət açılıb.
Görüşün sonunda Anar Kərimov Vasif Talıbova “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






