Tabloid.az
Heç olmasa, Üzeyir bəyə hörmət edərdiniz...
Publika.az">Publika.az yeni, “Hər həftə bir tamaşa” rubrikasını oxuculara təqdim edir.
Məqsədimiz ölkəmizin teatrlarının və orada təqdim olunan tamaşaların təbliğidir. Tənqidi məqamlara da toxunacağımız rubrikada tamaşalarda birbaşa iştirak edərək təəssüratlarımızı bölüşüb, aktyorlar və tamaşaçılardan da fikirlər alacağıq.
“Əsli və Kərəm”- Üzeyir Hacıbəyovun eyniadlı dastanın əsasında formalaşdırdığı 4 pərdəli 6 şəkilli bu opera muğam və operanın, bir növ Şərq və Qərbin vəhdəti idi. Tamaşada əsas partiyaları Rəvanə Əmiraslanlı (Əsli) və Elnur Zeynalov (Kərəm) ifa ediblər. Həmçinin Taleh Yahyayev (Keşiş), Nurlan Namazov (Şah), Rafiq Abbasov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sufi), Mütəllim Dəmirov (Şeyx) və başqaları da səhnəyə çıxıblar. Tamaşanın drijoru Sevil Hacıyeva idi.
Tamaşa haqqında bunu deyim ki, Üzeyir bəy həqiqətən də dahidir. Muğamla operanın sintezi özü bir yanaşmadır. Vaqif Mustafazadənin caz ilə muğamı sintez etdiyi kimi... Tamaşada keşiş obrazı xüsusi olaraq mənim diqqətimi çəkdi. Sufi rolunu ifa edən Nəzər Bəylərovun avazı insanı valeh edirdi. Səhnə işıqlarının azalması ilə bir işığın səhnəyə yönəlməsi, muğam ilə həmin işığın izindən Allaha səsləniş və yenidən sükut... Qala divarlarının real görüntüsü, sonda Əsli ilə Kərəmin ölüm anında əllərini birləşdirmə cəhdərinin, əzabın ustalıqla ifası, səhnənin işıqlarla al qırmızı rəngə boyanması heyrət hissi yaradırdı. Səhnənin dekorasiyası, işıqlamdırma işinin yüksək səviyyədə olması tamaşanın əsas uğurunun səbəbidir.
Tamaşada mənfi halların müsbət halları üstələməsi üzücü hal idi. Anlamıram ki, teatrlarda yaş məhdudiyyəti yoxdur? Yanımda əyləşən 5 yaşlarında qız uşağının suxarı paketini açma səsi və kolbasa iyinin teatra yayılması ilə nə zövq qaldı, nə estetika.
İlk növbədə, uşaqlar üçün xüsusi tamaşalar var, əziz valideynlər. İkinci növbədə isə, bir səhvdir etmisən, niyə uşağa suxarı almısan ki, sanki teatr yox, əyləncə parkıdır. Üçüncü növbədə, nəzarətçilər nəyə görə bu vəziyyətə müdaxilə etmədilər? Mən gördüm ki, nə teatra, nə aktyorlara bu tamaşada hörmət edilmədi. Heç olmasa Üzeyir bəyə hörmət edərdiniz. Telefonunuzun yuxarı hissəsində səssizə almaq üçün istifadə olunan yerin funksiyasını unudan insanların içində olmaq çətin idi. Ümid edirik ki, Opera və Balet Teatrı belə halların təkrarlanmaması üçün müəyyən tədbirlər görəcək.
Tamaşa haqqında tamaşaçı, yazıçıların da fikrini aldıq.
Nihat Pir
2022-ci ilin tamaşaçısı üçün "Əsli və Kərəm", "Leyli və Məcnun" kimi operalar, "Lənkəran xanının vəziri" və bu qəbildən olan tamaşalar maraqlı deyil və bu da normaldır. Düzü, operanı çox çətinliklə başa vurdum, çox sıxıldım. Amma sırf aktyor heyətinə və sənə hörmətsizlik olmasın deyə, sona kimi qaldım.
src="/storage/files/upload/448942e65ae978617ba353fda2032eede15ce192.jpg" style="width: 392px; height: 392px;" class="fr-fic fr-dib">
Nemət Mətin
Tamaşada bəyəndiyim təkcə musiqilər oldu.
src="/storage/files/upload/79169b2f23df7fbff250aaa7db31b29b3105012d.jpg" style="width: 381px; height: 381px;" class="fr-fic fr-dib">
Məhəmməd Tanhu
Məncə, musiqinin səsi vokal sənətçilərinin səsindən yüksək idi deyə bəzi ifadələri anlamaq qəliz olurdu. Opera bir növ multimedia təcrübəsidir. Hər bir media bir-birini izləməlidir. Dekorasiya, səhnə quruluşunu bəyəndim. "Əsli və Kərəm"ə klassik tamaşa demək olar. Yenilik görmədim, düzü. Hələbdəki hökmdar İsfahan şahından daha çox hökmdar təsiri bağışlayırdı. Tamaşanı bəyəndim. Amma səsləndirmə və aktyorların, az qala, əzbərə bildiyimiz misraları belə açıq-aydın çatdıra bilmək problemi vardı, məncə. Buna da səbəb fondakı musiqilərin yüksəkliyi idi.
src="/storage/files/upload/cb6585fbbcdc3fef43ce489decb2c0f412e0f229.jpg" style="width: 403px; height: 403px;" class="fr-fic fr-dib">
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO