Tabloid.az
“Cazın şahzadəsi” Bakıda konsert verəcək
Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu Əzizə Mustafazadə Bakıda çoxdandır caz həvəskarlarının böyük səbirsizklə gözlədiyi konsert proqramı ilə çıxış edəcək.
Publika.az xəbər verir ki, bu barədə “İticket.az” məlumat yayıb.
Bildirilib ki, konsert 20 oktyabr tarixində Bakı Konqres Mərkəzində baş tutacaq. Biletlərin qiyməti 30-350 manat arasında dəyişir, proqram iki saat davam edəcək.
Məlumat üçün bildirək ki, Əzizə Mustafazadə sonuncu dəfə Bakıda 2008-ci ildə konsert verib.
Əzizə Mustafazadə caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızıdır. O, Qərbdə “Aziza Mustafa Zadeh” olaraq adlanan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı dünyada “Cazın şahzadəsi” kimi tanınır. Hazırda Almaniyada yaşayan Ə.Mustafazadə dünyada Azərbaycan caz sənətini layiqincə təmsil edən ifaçılardandır.
O, jurnalist Hafiz Əhmədova bir il əvvəl verdiyi müsahibəsində etiraf edib ki, gələcək planlarına Azərbaycana uçmaq və yalnız gecə Bakıda gəzmək daxildir. Musiqiçi həm də onu vurğulayıb ki, bir çox insan onun Azərbaycanı tərk etdiyini düşünməklə səhv edir. “Vətənimlə, Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Sevginiz üçün sizə dərindən təşəkkür etmək istəyirəm. Mən də sizi və Müqəddəs muğam torpağımız - Azərbaycanı ürəkdən sevirəm”, - o bildirib və əlavə edib ki, muğamın beşiyi Şuşada böyük məmnuniyyətlə konsert verməyə razı olar.
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama




































.jpg)

