Tabloid.az
Rusiya film festivalında iştirakdan imtina edən rejissor danışdı
Publika.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Teleqraf.com-un suallarını cavablandırıb.
Qısa müsahibəni təqdim edirik.
- Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına etiraz olaraq Krımda keçirilən "Zolotoy Vityaz" ("Qızıl Pəhləvan") festivalından imtina etdiniz. "Qırmızı" filmi ilə festivala nə zaman müraciət etmişdiniz?
- Əslində, "Zolotoy Vityaz" mənim üçün sevimli festivallardan olub. Son on ildə festivalda altı dəfə iştirak etmişəm. Festival Rusiyanın müxtəlif şəhərlərində keçirilir. Orada dəfələrlə laureat olmuşam.
Festivaldan imtina etməkdə məqsədim məsələni siyasiləşdirmək deyil, bunu ictimai addım kimi qiymətləndirirəm. Keçən il yay aylarında Rusiya, Ukrayna və müxtəlif postsovet ölkələrində baş tutan festivallara müraciət etdim. "Qırmızı" filmi dəfələrlə festivallarda nümayiş olundu.
Amma bu dəfə xəbər gəldi ki, sizin filminiz Krımda "Zolotoy Vityaz" festivalına daxil edilib. Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətinə rejissor kimi ictimai qınağımı göstərmək istədim. Ötən gün rəsmi məktub ünvanladım ki, filmim festivalın proqramından çıxarılsın və səbəbini də bildirdim.
- Demək, festivaldan imtina etməyinizə səbəb üç gün öncə sizə gələn məktub olub...
- Bəli. Ukraynadakı hadisələrə görə mənim əlimdən gələn budur. Mən etirazımı bununla bildirmək istədim.
- Müraciətinizə cavab verildi?
- Müraciətimə cavab daha mənim üçün maraqlı deyil. Mən öz fikrimi çatdırdım. Artıq əvvəlcədən məlumat verilib, əlimdə sənəd var. Festivalın rəhbərliyi tərəfindən filmin çıxarılıb-çıxarılmaması texniki məsələdir.
"Zolotoy Vityaz" çox tanınmış festivaldır. Festival mayın 22-dən 27-dək davam edir. Bacardığım qədər haqq-ədalətin yanında olmağa çalışıram. Ukraynaya isə sülh arzulayıram.
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO






.jpg)








.jpg)

.webp)

















.jpg)


