Tabloid.az
Əvvəllər bir sənətkar 10-15 ilə tanınırdı, indi isə...
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsi davam edir.
Müsabiqədə bir çox fərqli səs sahibləri öz istedadlarını nümayiş etdirirlər. Bu müsabiqə Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da böyük maraqla izlənilir.
Bəs müsabiqənin münsiflər heyəti müsabiqə və iştirakçıları barədə nə düşünür?
Publika.az">Publika.az VIII “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətinin bir neçə üzvünün fikrini öyrənib.
Xalq artisti Nəzakət Teymurova: "Müsabiqəyə yaxşı səslər gəlir, lakin muğam elə bir sənətdir ki, püxtələşmək, təcrübə lazımdır. İllər keçməlidir. Müsabiqəyə qatılan gənclər də qısa müddətdir ki, müəllimlərindən əlavə burada da əziyyət çəkirlər. Həmin zəhmətin bariz nümunəsidir ki, hər dəfə yeni muğamlarla repertuarlarını dəyişirlər. Həmin repertuarlarda qəzəliyyatlar əsas rol oynayır. Hər həftə bir şairin, bir qəzəlxanın qəzəllərini öyrənirlər. Bundan başqa, xalq mahnıları, təsniflər ifa edirlər və qısa müddətdə praktika yığırlar. Gənc olmalarına baxmayaraq, qısa müddətdə əldə etdikləri uğurlarla tamaşaçıların sevgisini qazanırlar".
src="/storage/files/upload/1d0f8cf698dcbd4ab637a8a9d73d9250ba068f65.jpg" style="width: 545px; height: 726.667px;" class="fr-fic fr-dib fr-fil">
Xalq artisti Teyyub Aslanov: "Muğam müsabiqəsi öz axarı ilə gedir. Bu dəfə xalq mahnıları və bir az iri həcmli, yəni zərbi muğamlar və şikəstələr həftəsi olacaq. Gözləntilərimiz çox böyükdür. Düşünürəm ki, bu müsabiqədə yeni səslər üzə çıxacaq. Kim güclüdürsə, o da qalib olsun. Şəxsən indidən mənim özümün favoritlərim var. Ümid edirəm ki, müsabiqə bitənə qədər onlar daha da püxtələşəcəklər və gözəl ifalar nümayiş etdirəcəklər. Nəticədə muğamımız yeni səslər, biz isə gözəl ifaçılar qazanacağıq. Mətbuata da bu müsabiqəni tez-tez işıqlandırdığına görə təşəkkür edirəm".
src="/storage/files/upload/0c67ed5203cad240222fe405e6f4f18efd97776a.jpg" style="width: 562px; height: 302.904px;" class="fr-fic fr-dib fr-fil">
Xalq artisti Səkinə İsmayılova: "Müsabiqədə hər şey qaydasındadır. Pandemiya ilə əlaqədar fasilə verilmişdi, ona görə gənclər də çox həvəslə bu müsabiqəyə qatılıblar. 3 aya yaxın müddətdə iştirakçılara öz istedadlarını nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İstedadı ilə fərqlənən gənclər bu müsabiqə vasitəsilə xalq tərəfindən tanınır, sevilir. Müsabiqəmizin səs-sorağı nəinki Azərbaycanda, ölkə hüdudlarından kənara da yayılıb. Çox geniş əhatəli sevgiyə nail olmuşuq. Gənclərimiz arasında da çox gözəl və fərqli səslər var. Düşünürəm ki, iştirakçılarımız özlərini müsabiqə boyunca daha da təkmilləşdirəcək. Bu layihənin keçirilməsinə görə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Bu sənətə gələndə bizi nələr gözlədiyini bilmirdik. Lakin bu gün gənclərimiz bilirlər ki, onların arxasında dövlətimiz dayanıb. Gənc istedadlara hər cür imkan yaradılıb. Tək müsabiqədə deyil, müsabiqədən sonra da dövlətimiz bu gənclərimizin təhsili ilə maraqlanır ki, onlar bu sənətdə daha da peşəkarlaşsınlar. Bütün bunlara görə dövlət başçımıza və birinci xanıma təşəkkür edirəm. Vaxt var idi bir sənətkarın tanınması üçün 10-15 il müddət lazım idi. Lakin hazırda 3 ay müddətində yaxşı ifaçı tanınır və sevilir. Bunlar çox önəmli məqamlardır". src="/storage/files/upload/fd1de77ada8fcc3abfa600b80493b577e10e3311.jpg" style="width: 556px; height: 556px;" class="fr-fic fr-dib fr-fil">
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...