Tabloid.az
Yazıçılar Bakıdakı festival haqda nə düşünür? - SORĞU
Xəbər verdiyimiz kimi, Bakıda 1-ci Türk Dünyası Ədəbiyyat Festivalı baş tutub.
Publika.az">Publika.az festivalda iştirak edən yazıçı və şairlərin fikirlərini öyrənib.
AYB-nin sədri, Xalq yazıçısı Anar: "Görünən odur ki, xalqımız belə ədəbiyyat festivallarına böyük maraq göstərir. Bu festivalda türk dünyasının müxtəlif ölkələrindən yazıçı və şairlər iştirak edirlər. Bu, çox gözəl haldır. Belə festivalların tez-tez keçirilməsini arzu edirik".
src="/storage/files/upload/882569a51a2817dc20be4d69de730cacb71f996f.jpg" style="width: 579px; height: 326.522px;" class="fr-fic fr-dib">
AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli: "Əla festivaldır. Belə halda başqa nə demək olar. Musiqi də insanları coşdurur. Festival əla təşkil olunub. Maraq təqdirəlayiqdir".
src="/storage/files/upload/ab277a024f24fccaac39b52956d09357ae2a98bf.jpg" style="width: 578px; height: 385.731px;" class="fr-fic fr-dib">
Şair Ələsgər Əhməd: "Belə festivalların olması həmişə yaxşıdır. Bununla biz ölkənin intellekt səviyyəsini, intellektual kəsimini də görə bilirik. Xoş hal budur ki, əvvəllər şəxsi inkişaf kitabları oxuyan insanlar da artıq ciddi ədəbiyyat oxumağa maraqlıdır. Bəzi insanlar sadəcə kitaba baxırlar, bəziləri isə adından da yaxşı kitabı seçə bilirlər. Belə festivallar bizim inkişafımız üçündür".
src="/storage/files/upload/f4bd02dbdf443799b3ab4eb1909b239a68230271.jpg" style="width: 583px; height: 1264.56px;" class="fr-fic fr-dib">
Şair, Prezident təqaüdçüsü Tural Turan oxuculardan gileyli idi: "Festivaldakı ab-havanı bəyənsəm də, kitab alanların biganəliyi məni çox üşütdü. Qiymətlər aşağı idi, amma gənclər kitaba ögey görünürdülər. Deməli, kitabların qiymətinin "oxucu böhranı"na təsiri yox dərəcəsindədir. Hətta stendlərə bir tələbə yaxınlaşanda, o biri çiynindən dartırdı ki, bəri gəl, sən kitab alansan?! Özü də bunlar ölkənin bir nömrəli universitetinin tələbələri idi. Bir sözlə, üzüldüm".
src="/storage/files/upload/ffb825219af51dc79218aa4ada20a78370c6613b.jpg" style="width: 581px; height: 1031.25px;" class="fr-fic fr-dib">
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)

























.jpg)

.jpg)
