Tabloid.az
“Azərbaycanfilm-100” ssenari müsabiqəsinə start verildi
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm-100” adlı ssenari müsabiqəsi elan edir.
Publika.az xəbər verir ki, bu barədə kinostudiyanın mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov məlumat verib. R.Ələkbərov bildirib ki, kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusuna həsr olunub:
“Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır”.
O bildirib ki, müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti çəkən həmyerlilərimizin əzəli torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyətini əhatə etməlidir.
Hər iştirakçı yalnız bir ssenari ilə müsabiqəyə qoşula bilər. Müsabiqəyə göndərilən ssenarilərin janrına məhdudiyyət qoyulmur.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Qaliblərin adları avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.
Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Müsabiqənin qaliblərinə müvafiq olaraq pul mükafatı veriləcək. Birinci yerin qalibinə 10.000 (on min) manat, ikinci yerə layiq görülən iştirakçıya 8.000 (səkkiz min) manat, üçüncü yerin sahibinə 5.000 (beş min) manat pul mükafatı təqdim olunacaq.
Qalib ssenarinin müəllifi iki nəfər və ya daha artıq olduqda məbləğ onların arasında bölünür. Eyni zamanda birinci yerin qalibi olan ssenari əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə tammetrajlı bədii filmin istehsalı nəzərdə tutulur.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)







.jpg)












.jpg)



.jpg)

