Tabloid.az
Yubileyində Əhməd Cavadın ev muzeyi açılacaqmı?
“Ulu babam Əhməd Cavadın 130 illik yubileyi ərəfəsində ev muzeyinin açılması ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. Ev muzeyi açmaq üçün ən uyğun yer Əhməd Cavadın dünyaya gəldiyi Şəmkirdəki məkandır. Amma mediada yayılan xəbərlərdəki mənzil Əhməd Cavadın doğulduğu ev deyil. Bakıda yaşadığı mənzil isə ulu babam Əhməd Cavadın həbsindən sonra digər şəxslərə verilib. Onun bir vaxtlar Gəncədəki Sərabi məhləsində yaşadığı evdə hazırda başqa şəxslər yaşayır”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, türk dünyasının böyük şairi Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.
“130 illik yubileyində Əhməd Cavadın ev muzeyi açılacaqmı” – sualına dahi şairimizin adını daşıyan nəticəsinin cavabı birmənalı olub:
“İçərişəhərdəki ev onun yaşadığı son mənzil olub. Həmin mənzil uzun illərdir ki, bağlı məkandır. Əhməd Cavadın həbsindən sonra oranı bir neçə ailə arasında böldülər. Sonradan Ə.Cavadın böyük oğlu orada yaşadı. Sovetlər dövründə ona yeni tikilmiş binada ev verdilər. Həmin yer indiki “Karvansaray” restoranının ikinci mərtəbəsidir. Oranın Əhməd Cavadın ev muzeyi olması ilə bağlı təklif irəli sürmüşəm. Ev muzeyinin açılması üçün xeyli sayda şəxsi əşyalar da olmalıdır. Hələ ki, bu məsələyə baxılır. Ümid edirik ki, Bakı şəhərində Əhməd Cavadın heykəlinin açılışı baş tutacaq. Mənim ən böyük arzu və istəyim budur”.
Cavad Axundzadə bildirib ki, Əhməd Cavadın 130 illiyi ilə əlaqədar Türkiyədə böyük tədbirlər gerçəkləşir:
“İndiyə qədər qardaş ölkədə ulu babam Əhməd Cavada heykəl qoyuldu. Onun adını daşıyan küçənin açılışı oldu. İki gün öncə 130 illik yubiley tədbiri baş tutdu. Bundan öncə Türkiyə türkçəsində çap edilən kitabının təqdimatı keçirildi. Mən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən rəsmi dəvət almışdım. Eyni zamanda, TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən bu tədbirə dəvət edilmişdim. Əhməd Cavadın adını daşıyan küçənin açılışına da qatılmışdım”.
Cavad Axundzadə qeyd edib ki, Azərbaycanda Əhməd Cavadın 130 illiyi ilə bağlı böyük tədbirlər keçiriləcək: “Gəncədə böyük tədbir baş tutdu. Müdafiə Nazirliyi də Əhməd Cavadla bağlı böyük bir tədbir həyata keçirdi”.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



