Tabloid.az
Əhməd Cavadın doğulduğu yer nə vaxt müəyyənləşəcək?
Himnimizin sözlərinin müəllifi, Türk dünyasının böyük şairi Əhməd Cavadın doğulduğu Şəmkirdə ev muzeyinin açılması ilə bağlı uzun müddətdir araşdırma gedir. Hələlik, Əhməd Cavadın doğulduğu dəqiq yer tam müəyyən olunmayıb.
Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib.
İcra hakimiyyətindən verilən məlumatda qeyd olunur ki, bu məsələ ilə Mədəniyyət Nazirliyi də məşğuldur. Amma hazırda dahi şairin doğulduğu məkan tam olaraq müəyyənləşməyib. Ona görə də ev muzeyi ilə bağlı qərar qəbul etmək bu günə qədər mümkün olmayıb.
Qeyd edək ki, Əhməd Cavadın doğulduğu evlə bağlı sosial şəbəkələrdə bir sıra məlumatlar yayılımışdı. Ancaq araşdırmaçılar tərəfindən həmin evin Əhməd Cavada və ya onun valideynlərinə mənsub olması öz təsdiqini tapmamışdı.
İcra Hakimiyyətindən bildirilib ki, dahi şairin 130 illiyi ilə əlaqədar ilin sonuna kimi Şəmkirdə bir sıra tədbirlər keçiriləcək.
Onu da əlavə edək ki, hələ 1992-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən himnimizin sözlərinin müəllifinin Şəmkirdə ev muzeyi yaradılmalı idi. Ancaq bu günə qədər yuxarıda deyilən amillərə görə, Əhməd Cavadın doğulduğu Şəmkirdə və ya Seyfəli (Mehrili tirəsi – red) kəndində ev muzeyini açmaq mümkün olmayıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)
























.jpg)

.jpg)
