Tabloid.az
Mustafa Kamal niyə "ATATÜRK" soyadını götürdü? - 13 soyaddan niyə imtina etdi? - VİDEO
1934-cü ildə Türkiyədə soyad qanunu qəbul edilir. Yeni qanuna əsasən Türkiyə Cümhuriyyəti vətəndaşı olan hər kəs özünə türk kökənli soyad götürməli idi.
Publika.az">Publika.az-ın araşdırmalarına görə, Türkiyə dövlətinin qurucusu Qazi Mustafa Kamal Atatürk də özünə türk kökənli soyad götürmək haqqında düşünür. Yaxın çevrəsindəki insanlarla məsləhətləşir. Alimlər, dilçilər Qazi Mustafa Kamal Paşanın adına, şanına layiq bir soyad seçməyə başlayırlar.
Nəhayət 24 noyabr 1934-cü ildə Türkiyənin birinci prezidenti Mustafa Kamal paşaya “Atatürk” soyadı və bu soyadla bir nömrəli şəxsiyyət vəsiqəsi verilir. Vəsiqəni Türkiyə Böyük Millət Məclisi Türkiyənin ulu öndərinə təqdim edir. Təqdimat sənədində isə bu sözlər qeyd edilir:
“Türk millətinə etdiyi xidmətlərdən dolayı təşəkkür ifadəsi olaraq Türkiyə Dövlətinin qurucusu Qazi Mustafa Kamal Paşaya “Atatürk” soyadı verilsin”.
Amma buna qədər Mustafa Kamala 14 soyad təqdim edilir. O, həmin soyadlar içərisindən “Atatürk”ü seçir.
Bəzi qaynaqlara görə hələ bu soyad verilməzdən 2 ay əvvəl Türk Dili Tədqiqat Cəmiyyətinin başqanı Safvet Arıkan 26 sentyabr 1934-cü ildə Türk dili Bayramı tədbirində Türkiyə prezidentinə “Ata Türk Mustafa Kamal” deyə xitab edir. Bu xitab Qazi prezidentin xoşuna gəlir və sonradan soyad məsələsində Arıkanın xitabı soyada çevrilir.
Bəs Atatürkə təqdim edilən digər soyadlar hansılar idi?
CHP Məclis Toplantısında Qazi Paşaya aşağıdakı soyadlar təqdim edilmişdi:
1- Kemal Etel-Etil (Tarixi türk hökmdarı Atillanın orijinal adıdır. Mənası Böyük çay deməkdir)
2- Kemal Etelalp (Altay türkçəsində böyük qəhrəman anlamına gəlir)
3- Kemal Korkut (Dədə Qorquddan gəlir, anlamı “qorxusuz şəxsiyyət”dir)
4- Kemal Arız (Türk qəhrəmanlarından Alp Aruzun adıdır)
5- Kemal Ulaş (Türk qəhrəmanı Ulaş oğlu Salur Qazanın atasının ismidir)
6- Kemal Yazır (Türk qəhrəmanı Yağlıkçı oğlu Yazırın adıdır)
7- Kemal Emen (Türk qəhrəmanı Ucen oğlu Emen Bəyin adından götürülüb.)
8- Kemal Çoğaş (Günəş, işıq anlamındadır)
9- Kemal Salır (Türk qəhrəmanı Salurun adlarından biridir)
10- Kemal Begit (Sağlam, qorxmaz mənasındadır)
11- Kemal Ergin (İrfan sahibi deməkdir)
12- Kemal Tokuş (Türk qəhrəmanı Ertokuş Cəngavərin adındadır)
13- Kemal Beşe (Mümtaz, seçkin mənasını verir)
14. Atatürk – türk millətinin atası… Mustafa Kamal Paşa siyahıda sonuncu olan bu ifadəni özünə soyad götürür.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi








.jpg)




























.jpg)
.jpg)
