Tabloid.az
“Su altında üzən Simurq” Cenevrədə hamının diqqətini cəlb edir - SƏRGİ - FOTO
2022-ci il 14-30 iyun tarixlərində davam edəcək okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, BMT-nin Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
Publika.az xəbər verir ki, sərginin açılışında Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iki həftə davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları qlobal ekoloji problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir, ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır və bununla da qlobal məqsədlərə töhfə verilir.
“Mənim dənizlərim, mənim okeanlarım” (My Seas My Oceans) sərgisində müasir Azərbaycan rəssamının əsərlərindən ibarət füsunkar sərgini təqdim edən kuratorlar - “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və isveçrəli həmkarı Viktoriya Dzodziev gələcək nəsillər üçün dünyanın ağciyərləri olan su ehtiyatlarının qorunmasının vacibliyini vurğulayır.
Sərginin nümayiş olunan əsas və diqqət çəkən eksponatlarından biri də “Su altında üzən Simurq” xalçasıdır. Xalça Leyla Əliyevanın eyniadlı əsəri əsasında toxunub və xalçanın çeşnəsi “Azərxalça” ASC-nın rəssamları tərəfindən yaradılıb.
“Su altında üzən Simurq” un toxunmasına “Azərxalça” ASC- nın Nardaran emalatxanasında start verilib. 3x2 ölçüdə, ümumi sahəsi 6 kv.m olan xalçanı 4 toxucu xanım ərsəyə gətirib. Xalçanın əsas rəngləri ağ, qara və tünd göydür. Toxunması 3 ay davam edən xalça bu işdə əməyi keçən əməkdaşların iştirakı ilə kəsilərək emala göndərilib. Sərgidə tamaşaçıların ən çox diqqətini cəlb edən əsərlərdən olan “Su altında üzən Simurq” gözəlliyi ilə həm xaricdə yaşayan azərbaycanlıların, həm də sərgiyə baş çəkən yerli tamaşaçıların zövqünü oxşayır.
Sağlam ətraf-mühitin mühafizəsində və davamlı inkişafın təmin edilməsində qlobal birliyin üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün, şübhəsiz, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, normadan artıq balıq ovu, növlərin nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, davamlı inkişafın ekoloji ölçüləri haqqında maarifləndirmə imkanlarının təşviq edilməsi vardır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)
























.jpg)

.jpg)
