Tabloid.az
Səhnədən getdiyi deyilən müğənni danışdı: “İtirmək istəmirəm”- Fotolar
Dünən yerli mətbuatda müğənni Zarina Məmmədovanın səhnə ilə vidalaşması xəbəri yayılıb. Tədbirlərdən və çıxışlardan imtina etdiyi iddia olunan ifaçının şou-biznesdən uzaqlaşdığı deyilir.
Məsələ ilə bağlı müğənninin özünə müraciət etdik. Publika.az-a danışan müğənni dedi ki, tədbirlərdən imtina etməsinin səbəbi səhhətində yaranan bəzi problemlə əlaqədardır: “Narahat olmalı bir səbəb yoxdur. Sadəcə, səhhətim bir az əziyyət verir. Buna görə bütün tədbirlərdə, mərasimlərdə iştirak etmək olmur. Səhhətim tam düzələnə qədər az görünəcəyəm.
Bunun üçün tez-tez İstanbula gedirəm. Üstəlik, bir az da yorulmuşam. Sadəcə, zamana və dincəlməyə ehtiyacım var. Düşünürəm ki, bu, hər kəsin həyatında baş verə bilər. Amma bu günə qədər də kifayət qədər əziyyət çəkmişəm. Yanımda olan adamların da əməyi danılmazdır. Bunların heç birini itirmək istəmirəm. Sadəcə, bir müddət dincəlim, əminəm ki, qarşıda hələ çox gözəl layihələr həyata keçirəcəyəm. Məni az-çox sevən heç kəs üzülməsin. Yaradıcılığımın uğurlu çevrilişləri hələ qarşıdadır”.
Zarina yaxın günlərdə keçiriləcək, artıq anonsu təqdim olunmuş Sərdar Ortacla birgə konsertindən də söz açdı: “Nahid Emiloğlu məni buna layiq görüb. Onu yarı yolda qoymaq istəmirəm. Təbii ki, konsertə çıxacağam və əminəm ki, həmin konsertdə məni sevənləri görüb bir az da həvəslənəcəyəm. Yeni mahnım da var ki, onu tamaşaçılarıma təqdim etmək arzusundayam. Sözləri Azər Şirinin, musiqisi Elçin Cəfərovun olan "Niyəsi yoxdur" mahnısının seviləcəyinə də ümid edirəm”.
Cəvahir Səlimqızı
-
Magazin119:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
-
Magazin219:30Məşhur teleulduz gənc və təravətli qalmaq üçün QAN İÇİR - VİDEO
-
Sosial18:30UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Region17:50Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?
-
Ekologiya16:50Alimlərdən xəbərdarlıq: İstixana qazı emissiyaları azaldılmasa...
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi

























.webp)










