Tabloid.az
Bütün zamanların ən gözəl italyan qadınları – FOTOLAR
İtaliya təkcə dahi dizaynerləri, dadlı yeməkləri və Çelentanosuna görə məşhur deyil.
Xəritədə ayaqqabını xatırladan bu ölkə həm də öz gözəlləri ilə tanınır. İtalyan qadınlarının temperamenti, həssaslığı və gözəl bədən formaları onları seks simvola çevirir.
Publika.az ağlı başdan alan yaraşıqlı italyan qadınlarını təqdim edir.
Sofi Loren. Sofi Loren məşhurluğuna görə genlərinə minnətdar olmalıdır. O, gözəl bədən quruluşu, bənövşəyi gözlər, şişman dodaqların sayəsində milyonlarla insanın sevimlisinə çevrildi. Lakin onun qəlbi ərinə - kino prodüseri Karlo Pontiyə məxsusdur.
Cina Lollobricida. Görünür, “Dünyanın ən gözəl qadını” filmində oynamaq üçün əbəs yerə onu seçməyiblər. Cina incə beli, gözəl qaşları, iri gözləri, ideal bədəni sayəsində məşhurlaşıb. Kino ulduzu bütün zamanların gözəllik etalonu seçilib.
Klaudiya Kardinale. Bütün zamanların ən arzuolunan italyan qadını İtaliyada yox, Tunisdə dünyaya gəlib. Doğma dilində danışa (Klaudiya fransızca danışırdı – red.) bilməsə də, rejissor Fellinin muzasına və italyan aktrisasına çevrilməsinə mane olmayıb. O, bir sıra məşhurlarla roman yaşayıb və Alen Delonu rədd edib.
Ornella Muti. Eston qanlı italiyalı Ornella Muti qeyri-adi gözəlliyə malikdir. İncə bədən forması, mavi gözlər, qarabuğdayi, gur saçları italyanlar üçün ekzotik hesab olunur. 59 yaşlı aktrisa bu vaxtadək öz füsunkar gözəlliyini qoruyub saxlamaqdadır.
Monika Belluçi. Müasir dövrdə italyan seks simvolu dedikdə ilk növbədə Monika Belluçi ağıla gəlir. Məlakə simalı aktrisa bir çox rejissorlara ilham verir. O, Mariya Maqdalenadan tutmuş küçə fahişəsinədək müxtəlif rolları canlandırıb.
Byanka Balti. İtalyan və Azərbaycan qanının qarışığından doğulmuş Balti özündə güclü qadın obrazını əks etdirir. Bu gözəl qadın lacivərdi rəngli gözləri ilə istənilən kişinin ağlını başından almaq iqtidarındadır.
Oliviya Kalpo. “Dünya gözəli” müsabiqəsinin iştirakçısı Oliviya ABŞ-ın şərəfini qorusa da, gözəlliyinə görə o da italyan köklərinə minnətdar olmalıdır. Onun atası italyan, anası isə irlanddır.
Katerina Murino. Qara saçlı Katerinanın gözəlliyi qarşısında hətta “Kazino Royal” filminin qəhrəmanı Ceyms Bond da dayana bilməyib.
Nura
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO



















.jpg)

















