Tabloid.az
Səməndər Rzayevin anım gecəsi keçirildi
Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin anım gecəsi keçirilib.
Publika.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan gecədə tanınmış mədəniyyət xadimləri, aktyorlar iştirak edib.
Gecədə aktyorun həyat və yaradıcılıq yoluna nəzər salınıb.
Qeyd olunub ki, Səməndər Rzayev 1945-ci ildə Bakıda anadan olub, 1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.
Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz,
İbn Yəmin Hətəmxan ağa, Vaqif, Valentin, Muradov, Vahid kimi
rollarda çıxış edib.
S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri
köndələn yar” televiziya tamaşasında, “Babamın babasının
babası&, &Od içində&, &Babək&, &Bəyin
oğurlanması& və başqa bədii filmlərdə çəkilib.
Sənətdə qazandığı uğurlara görə S.Rzayev Əməkdar
artist fəxri adı ilə təltif olunub.
Cəvahir
Foto: Elnur Muxtar
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi











.jpg)


























